Bugünkü izdihamlı və sürətlə inkişaf edən oyun dünyasında doğru iGaming tərəfdaşlıq marketinq proqramını seçmək artıq seçim deyil, zərurətdir. Bazarlarda sərt rəqabət və ciddi tənzimləmələr fonunda uğurlu iGaming tərəfdaşlıq marketinqi hər hərəkəti izləyə bilən, mürəkkəb komissiya modellərini idarə edən və daha ağıllı qərarlar və yüksək gəlirlər üçün real vaxt rejimində məlumatlar təqdim edən alətlər tələb edir.

iGaming sektorunda tərəfdaşlıq marketinqi proqramlarını anlamaq

Onlayn azart oyunları sektorunda rəqəmsal tərəfdaşları idarə etmək üçün yalnız elektron cədvəl və ya sadə izləmə vasitələri kifayət deyil. Tərəfdaşlıq proqramları xüsusi olaraq kazino və idman mərcləri sahəsində istifadəçi davranışını izləyir, yalnız klik və ya qeydiyyatlara deyil, həmçinin ilk depozitlərə (FTD), mərclərin həcminə və oyunçunun dəyərinə nəzarət edir. Ən yaxşı sistemlər qeydiyyatdan bonus istifadəsinə qədər 50-dən çox oyunçu hərəkətini real vaxtda izləyə bilər.

Tənzimlənən iGaming biznesində qaydalara riayət konversiya qədər vacibdir. Effektiv alətlər coğrafiməhdudiyyətləri, çoxvalyutalı ödənişləri və Böyük Britaniya, İspaniya və İsveç kimi bazarlar üçün vacib olan pilləli komissiyaları dəstəkləyir. Ümumi sistemlərdən fərqli olaraq, bu platformalar oyun qanunlarına, dinamik ödənişlərə və “chargeback” (ödənişin qaytarılması üçün müraciət) xəbərdarlıqları və anormal trafik monitorinqi kimi xüsusiyyətlərlə saxtakarlıq hallarının aşkarlanmasına uyğunlaşdırılıb.

iGaming tərəfdaşlıq proqramının seçilməsi üçün faydalı xüsusiyyətlər

iGaming-də doğru alətlər seçmək nəzarət, sürət və dəqiq məlumat deməkdir. Az sayda platforma yüksəkhəcmli əməliyyatlar üçün nəzərdə tutulmuş əsl iGaming tərəfdaşlıq marketinq platforması tələblərinə cavab verir. Ən vacib xüsusiyyətlər aşağıdakılardır:

Real-vaxt rejimində izləmə və məlumatların şəffaflığı

Hesabatların gecikməsi pul itkisinə səbəb olur. İdman və kazino mərclərində real vaxt rejimində izləmə trafik trendlərinə tez reaksiya vermək, büdcə itkisinin qarşısını almaq və ödəniş problemlərini həll etmək üçün vacibdir. Bu, komandaların köhnəlmiş hesabatlara deyil, canlı məlumatlara əsasən hərəkət etməsini təmin edir.

Axtardığınız proqram təminatları bu xüsusiyyətlərə malik olmalıdır:

  • FTD, gəlir və itki göstəriciləri ilə canlı idarəetmə panelləri;
  • Brend, coğrafi bölgə və ya trafik mənbəyinə görə xüsusi filtrlər;
  • Vaxt qeydləri ilə konversiya yolları.

O, menecerlərə aşağı performans göstərən kampaniyalar haqqında büdcə israf olunmadan, dərhal məlumat verir. Real vaxtda düzəlişlər ödəniş səhvlərini azaldır və tərəfdaşlıq marketinq kanallarında ROI-ni yaxşılaşdırır.

Dələduzluğun qarşısının alınması

Trafik keyfiyyəti sabit deyil. Öz-özünə yönləndirmələr, çoxsaylı hesablar və saxta qeydiyyatlar kimi saxtakarlıq halları getdikcə daha çox narahatlıq doğurur. Qabaqcıl tərəfdaşlıq sistemləri aşağıkeyfiyyətli və ya saxta trafiki aşkar etmək və filtrdən keçirmək üçün təkrarlanan IP yoxlamaları, şübhəli klik sürəti izləməsi və konversiya təsdiqi kimi alətlərdən istifadə edir.

Prioritet veriləcək əsas saxtakarlıq alətləri:

  • S2S (serverdən serverə) məlumat mübadiləsi ilə təsdiq (depozit əsaslı tətikləyicilərin yoxlanması);
  • IP və cihaz barmaq izi;
  • Bot aşkarlama və VPN işarələmə.

Böyük Britaniya kimi tənzimlənən bazarlarda operatorlar saxta potensial müştərilər cərimələrə səbəb ola biləcəyi üçün gəlir və reputasiyanı qorumaq üçün bu qata etibar edirlər. Performansa əsaslanan konfiqurasiyalarda saxtakarlıq filtrləri geniş miqyaslı nəticə yönümlü marketinq kampaniyalarında etimadı qorumaq üçün vacibdir.

Fərdi komissiya modelləri

Heç bir tərəfdaş eyni şəkildə konvertasiya etmir. Biri ödənişli trafik vasitəsilə yüksək depozitli oyunçular cəlb edə bilər, digəri isə Twitch və ya Telegram vasitəsilə. Ən yaxşı iGaming tərəfdaşlıq proqramları sizə aşağıdakıarı qurmağa imkan verir:

  • CPA, RevShare və ya Hibrid planlar;
  • Həcm və ya coğrafi bölgə üzrə çoxpilləli strukturlar;
  • Müvəqqəti komissiya artımları.

Uyğunlaşdırıla bilən qaydalar tərəfdaş məmnuniyyətini artırır və müxtəlif auditoriyalar və regionlar üzrə cəlbetmə xərclərinə daha yaxşı nəzarət imkanı təmin edir.

CRM sinxronizasiyası və kampaniya atribusiyası

Performans sadəcə depozitlə bitmir. Tərəfdaşlıq kampaniyalarını CRM sisteminizlə birləşdirən alətlər oyunçunun dəyərini, itki dərəcəsini və əlavə satış imkanlarını izləyə bilər.

Faydalı inteqrasiya xüsusiyyətləri:

  • Oyunçuların kampaniyalara avtomatik etiketlənməsi;
  • Davranışa əsaslanan hərəkətlər (məsələn, 3-cü girişdə bonuslar);
  • Potensial müştəri ömrünün mərhələlər üzrə hesabatları.

Bu, tərəfdaş menecerlərinə yalnız qısamüddətli qələbələr deyil, uzunmüddətli oyunçu dəyəri əsasında optimallaşdırma imkanı verir.

Çoxdilli və çoxvalyutalı dəstək

Qlobal əməliyyatlar lokallaşdırılmış dəstək tələb edir. Ən yaxşı tərəfdaşlıq proqram təminatları aşağıdakıları idarə edir:

  • 15-dən çox dil və 25-dən çox valyuta;
  • Canlı məzənnə ilə valyuta mübadilələri;
  • Hər bir ölkənin vergi tələblərinə uyğunluq (məsələn, VAT, GST).

Bu, Latın Amerikası, Asiya və ya MDB kimi bazarları hədəfləyən brendlər üçün vacibdir, çünki tərəfdaş təcrübəsi qeydiyyat nisbətlərinə təsir edir. Lokalizasiya edilmiş interfeys ingilisdilli olmayan regionlarda oyunçuların qorunub saxlanma səviyyəsini yüksəldir.

Genişlənə bilmə və xidmət keyfiyyəti

Platforma tərəfdaş bazanıza uyğun olaraq genişlənə bilməlidir. Bəzi operatorlar mikroməzmun yaradıcılarından media qruplarına qədər 10 000-dən çox aktiv tərəfdaşı idarə edirlər. Scaleo və Cellxpert kimi sistemlər aşağıdakıları dəstəkləyir:

  • Limitsiz hesablar və trafik seqmentasiyası;
  • Çoxbrendli kampaniya idarəetməsi;
  • 99,9% işləmə müddəti zəmanətləri.

Yüksəkhəcmli proqramlarda xidmətdə fasilələrin yaranması ölçülə bilən itkilərə çevrilir. Effektiv sistemlər tərəfdaş itkilərini azaldır və daha yaxşı kampaniya icrası və işləmə performansı vasitəsilə oyun tərəfdaşlarının qazancını artırır.

iGaming sektorunda tərəfdaşlıq marketinq proqramlarının növləri

iGaming tərəfdaşlıq proqramları struktur, auditoriya və texnoloji ehtiyaclar baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Bu səbəbdən vahid bir həll hamıya uyğun gəlmir. Əksər alətlər üç əsas kateqoriyaya bölünür, hər biri əməliyyatın quruluşuna görə öz üstünlüklərinə malikdir. Bu kateqoriyaları başa düşmək operatorlara imkişaf mərhələsi, qaydalara uyğunluq ehtiyacları və tərəfdaş həcminə əsasən doğru iGaming proqramını seçməyə kömək edir.

Müstəqil tərəfdaşlıq platformaları

Müstəqil platformalar kazino və ya bukmeyker operatorlarından asılı olmayaraq inkişaf etdirilən üçüncü tərəf sistemləridir. Daxili və ya etiketsiz istifadə alətlərdən fərqli olaraq, onlar tək oyun brendinə və ya provayder ekosisteminə bağlı deyillər. Bu, miqyaslana bilmə qabiliyyəti, xüsusi kampaniya nəzarəti və tərəfdaşlıq marketinqində çoxbrendli idarəetmə axtaran bizneslər üçün idealdır.

Bu alətlər tez-tez kazino, idman mərcləri, kiberidman və fantaziya kimi bir neçə sahəni bir çətir altında idarə etmək üçün istifadə olunur. Müstəqil sistemləri fərqləndirən API çevikliyi, müstəqil hostinq və qabaqcıl analitik qatlardır.

Müstəqil platformaların əsas üstünlükləri:

  • Hesabat göstəriciləri və məlumat strukturuna tam nəzarət;
  • İstənilən kazino və ya CRM arxa planı ilə əlaqə qurma azadlığı;
  • Çevik brendinq və etiketsiz istifadə imkanı;
  • Fərqli sahələrdən çoxsaylı proqramları idarəetmə qabiliyyəti.

Sektorda geniş istifadə olunan üç aparıcı nümunə:

Scaleo

Scaleo real vaxt rejimində hesabat, fərdiləşdirilə bilən idarəetmə panelləri və inteqə edilmiş saxtakarlıq aşkarlama imkanı ilə tanınan yüksək performanslı tərəfdaşlıq marketinq platformasıdır. Avropa operatorları arasında populyardır və mürəkkəb komissiya qaydalarını və çoxsəviyyəli tərəfdaş strukturlarını dəstəkləyir.

Əsas imkanlar:

  • Cihaz və brauzer səviyyəsinə qədər konversiya izləməsi;
  • Dinamik təklif targetinqi üçün smartlink texnologiyası;
  • GDPR-ə uyğun məlumat idarəetməsi;
  • 30-dan çox dil seçimi və çoxsaylı valyutaların dəstəklənməsi.

Scaleo tez-tez LATAM, Hindistan və Skandinaviya kimi müxtəlif coğrafi bölgələrdə brendlər təqdim edən operatorlar tərəfindən seçilir, burada lokallaşdırma kritik əhəmiyyət daşıyır.

Post Affiliate Pro

Post Affiliate Pro oyun operatorları və digər ssektporlar tərəfindən istifadə olunan zamanın sınağından çıxmış platformadır. Fərdiləşdirilə bilən komissiya qaydaları, kuki müddəti və yönləndirmə strukturlarını dəstəkləyir. Modul interfeysi CRM, e-poçt və ödəniş alətləri ilə inteqrasiya olunur.

Əsas xüsusi̇yyətlər:

  • Təkrarlanan komissiyalar və performansa əsaslanan stimullar;
  • Trafik mənbəyi və ya promoaksiya üzrə kampaniya seqmentasiyası;
  • Fləş kuki və IP izləmə daxil olmaqla, çoxsaylı izləmə metodları.

Etibarlılıq və müştəri dəstəyi reputasiyası onu tərəfdaşın uzun müddət saxlanmasına fokuslanan proqramlar üçün əsas seçim edir.

Everflow

Everflow özünü ənənəvi tərəfdaşlıq proqramı deyil, yeni nəsil performans platforması kimi təqdim edir. Güclü analitik materiallar, dəqiq targetinq və avtomatlaşdırılmış iş axınları təklif edir. Yalnız iGaming-ə aid olmasa da, influenser kampaniyalarına, ödənişli trafikə və çoxkanallı cəlbetmə strategiyalarına əsaslanan iGaming tərəfdaşlıq marketinq platformalarında getdikcə daha çox istifadə olunur.

Əsas xüsusiyyətləri:

  • Klikdən konversiyaya qədər vizual funnel təsviri;
  • Ödənişli media platformaları ilə inteqrasiya (Google, Facebook);
  • Süni intellekt əsaslı optimallaşdırma tövsiyələri;
  • Klik səviyyəsində canlı saxtakarlıq analizi.

Everflow xüsusilə marjaların daha aşağı olduğu 1-ci kateqoriyaya aid bazarlarda influenserlər, ödənişli trafik arbitrajı və media alışı vasitəsilə tərəfdaşlıq marketinqinə böyük dərəcədə etibar edən operatorlar tərəfindən istifadə olunur.

Kazino/i̇dman mərcləri provayderləri tərəfindən yaradılan daxili həllər

Hər operatorun sıfırdan texnoloji infrastruktur qurmasına ehtiyac yoxdur. Etiketsiz və ya hazır həllər istifadə edən brendlər üçün provayderin daxili tərəfdaşlıq proqram təminatı işə salınma və inteqrasiya prosesini asanlaşdırır. Bu alətlər birbaşa arxa plana inteqrasiya olunub və üçüncü tərəf lisenziyalarına ehtiyac olmadan izləmə, komissiya parametrləri və hesabatlara dərhal giriş təmin edir.

Müstəqil platformalardan fərqli olaraq, daxili sistemlər tam fərdiləşdirmə əvəzinə daxili ardıcıllığı və sürətli qoşulmanı üstün tutur. Kiçik komandalar və ya bazara sürətli girişə üstünlük verənlər üçün bu nəzarət və avtomatlaşdırma balansı çox vaxt daha səmərəli olur.

SoftSwiss-dən Affilka

Affilka iGaming biznesində SoftSwiss platformasını istifadə edən operatorlar üçün hazırlanıb. Tərəfdaşlıq proqramlarını bir idarəetmə paneli altında birləşdirir və çoxbrendli idarəetməni dəstəkləyir, bir neçə kazino və ya mərc brendinin tək interfeysdən idarə olunmasına imkan verir. İnteqrasiya edilmiş ödəniş modulu xarici hesablaşma ehtiyacını aradan qaldırır; bir müqavilə bütün ödənişləri idarə edir.

Əsas imkanlar:

  • RevShare, Hibrid, CPA kimi qaydalara əsaslanan modellər üçün çevik komissiya konstruktoru;
  • Real vaxt rejimində konversiyanın izlənməsi üçün serverdən serverə məlumat mübadiləsi;
  • Hər 15 dəqiqədən bir məlumat yeniləmə sürəti, demək olar ki, dərhal hesabat təklif edir;
  • Tərəfdaş üzrə fərdiləşdirilə bilən tərəfdaşlıq açılış səhifələri və media təyinatı.

Proqram ISO 27001 standartına tam cavab verir, bu isə, tənzimlənən yurisdiksiyalarda işləyən operatorlar üçün vacibdir. Tərəfdaşlıq marketinq əməliyyatlarını sadələşdirmək üçün nəzərdə tutulmuş Affilka bəzi xarici alətlər kimi tam plagin satış platformaları təklif etmir, lakin təhlükəsizlik standartları və sadələşdirilmiş strukturu daxili nəzarətə və sürətli miqyaslanmaya üstünlük verən inkişaf etməkdə olan brendlər üçün uyğundur.

EveryMatrix-dən PartnerMatrix

PartnerMatrix geniş istifadə olunan iGaming tərəfdaşlıq proqramıdır və EveryMatrix dəstinə inteqrasiya olunub. İkili interfeys – biri operatorlar, digəri tərəfdaşlar üçün – xarici alətlərə ehtiyac olmadan sürətli təklif quraşdırması və aydın ünsiyyəti dəstəkləyir.

Əsas xüsusi̇yyətlər:

  • 24/7 dəstək və xüsusi xətaların aradan qaldırılması dövrləri;
  • Coğrafi bölgə, cihaz və brend üzrə kampaniya seqmentasiyası;
  • Subtərəfdaş hesabatları daxil olmaqla, pilləli tərəfdaş idarəetməsi;
  • Açılış səhifələri və kreativlər üçün xüsusi məzmun blokları.

2015-ci ildən bəri PartnerMatrix dünyanın müxtəlif yerlərində 100-dən çox brendi dəstəkləmək üçün faəliyyətini genişləndirib. Həm sahə operatorları, həm də 1-ci kateqoriyaya aid firmalar tərəfindən istifadə olunur. Qabaqcıl marketinq avtomatlaşdırması və istifadəçi seqmentasiyası ilə kodlaşdırma asılılığı olmadan daha ağıllı targetinqə nail omlaq istəyən performans yönümlü tərəfdaşlıq marketinq komandaları üçün idealdır.

BetConstruct tərəfdaşlıq sistemi

BetConstruct-ın daxili tərəfdaşlıq proqramı həm masaüstü, həm də mobil cihazlar üçün yenidən dizayn edilmiş idarəetmə paneli ilə istifadə rahatlığını önə çəkir. Operatorlar bonusları, kampaniyaları və istifadəçi axınlarını canlı idarə edir, vizual analitikalarla dəstəklənirlər.

Əsas xüsusi̇yyətlər:

  • Çoxvalyutalı və çoxsəviyyəli komissiya məntiqi;
  • Dəqiq hadisə-əsaslı hesabat üçün serverdən serverə izləmə;
  • İşçi heyəti və tərəfdaş səviyyələri üçün fərdiləşdirilə bilən icazə nəzarətləri;
  • Əl ilə ödəniş seçimləri və JSON/XML banner lentləri.

Onun fərqləndirici xüsusiyyəti istifadəçi interfeysubub dizaynıdır. Tənzimlənə bilən vizual rejimlər və ümumi gəlir, vergi və idarəetmə xərcləri kimi göstəriciləri dərhal giriş ilə, həm əməliyyat aydınlığı, həm də ətraflı promoməlumatları tələb edən komandaları dəstəkləyir.

iGaming təklifləri ilə tərəfdaşlıq şəbəkələri

Tərəfdaşlıq şəbəkələri onlayn qumar brendlərini geniş cəlbetmə tərəfdaşları dairəsi ilə birləşdirir. Təkbrendli sistemlərdən fərqli olaraq, slotlar, idman mərcləri, poker və fantaziya idmanı kimi müxtəlif sahələr üzrə trafiki, təklifləri və ödənişləri idarə edir. O, iGaming biznesi üçün genişlənmə imkanı, sürət və yüksək konvertasiyalı kanallara çıxış təmin edir.

Tərəfdaşlıq marketinq platformasının dəyəri sahələrarası tərəfdaşlıqları idarə etmək, regionda tətbiq olunan qayarlara uyğunluğu və müxtəlif trafik mənbələrini təmin etmək, eyni zamanda hesabat və maliyyə tapşırıqlarını avtomatlaşdırmaqdadır. Aşağıda qlobal iGaming böyüməsini dəstəkləmək üçün qurulmuş üç sübut edilmiş tərəfdaşlıq proqramı nümunəsi verilmişdir:

Cellxpert

Cellxpert iGaming reklamçılarına qoşulma, izləmə, qaydalara uyğunluq və tərəfdaş ödənişləri üzərində tam nəzarət təmin edən mərkəzləşdirilmiş tərəfdaşlıq proqramı həlli kimi çıxış edir. O, davranış, coğrafiya və ya performans səviyyələrinə əsaslanaraq auditoriyanı hədəfləmək üçün dəqiq seqmentasiyaya imkan verir. İnteqrasiya edilmiş KYC və tənzimləmə alətləri tərəfdaşların qanuni tələblər əsasında yoxlanılmasını sadələşdirir.

Əsas xüsusi̇yyətlər:

  • Brendə uyğunlaşdırılmış portallarla etiketsiz qoşulma prosesi;
  • GDPR-ə uyğun sənəd saxlama və ödəniş qeydləri;
  • Çevik CPL, CPA, RevShare və hibrid komissiya modelləri;
  • CRM sistemlərindən API ilə əlaqələndirilmiş real vaxt rejimli hesabat;
  • Dinamik kreativ təmnatı üçün HTML5 reklam alətləri.

Tərəfdaşlıq marketinqində onun əsas dəyəri aydınlıqdır; hər hadisə, konversiya və ödəniş mərhələsi dəqiq qeyd olunur. Bu, cihaz, mənbə və kampaniya üzrə cəlbetmə səmərəliliyinə daha dəqiq baxış imanı təmin edərək ROI izləməsini təkmilləşdirir.

Income Access

Paysafe-ə məxsus olan Income Access lotereya, idman, binqo və s.-i əhatə edən etibarlı iGaming tərəfdaşlıq proqramıdır. Öz xüsusi şəbəkə infrastrukturu vasitəsilə tərəfdaş həyat dövrünü – işə qəbuldan və qoşulmadan izləmə və komissiya icrasına qədər dəstəkləyir.

Əsas xüsusiyyətlər:

  • Çoxkanallı izləmə (veb, sosial, tətbiq);
  • Yeni tərəfdaş proqramları üçün xüsusi qoşulma prosesi;
  • CPA, CPI, CPL və RevShare planlarını dəstəkləyir;
  • Coğrafi bölgə/cihaz targetinqi ilə daxili reklam serveri;
  • Trafik və konversiya təhlili üçün dərin seqmentasiya.

Onun aparıcı kazino operatorları tərəfindən seçilən tərəfdaşlıq marketinq dəstəyi yalnız alətlərlə məhdudlaşmayaraq məzmun, proqramın genişləndirilməsi və strateji tərəfdaş əlaqələri üçün insan rəhbərliyi təklif edir. Geniş coğrafi əhatəsi və sahələrarası dizaynı operatorlara trafik mənbələrini və gəlir yollarını genişləndirməyə kömək edir.

MyAffiliates

Dünya üzrə 70-dən çox oyun brendi tərəfindən istifadə olunan MyAffiliates fəaliyyətlərini genişləndirən operatorlar üçün çevik tərəfdaşlıq marketinq platformasıdır. Tərəfdaş səviyyəsində plan tərtibatından qoşulma və izləməyə qədər dərin fərdiləşdirmə təklif edir.

Platforma imkanları:

  • Xüsusi tərəfdaş etiketləri və pilləli komissiya modelləri;
  • E-poçt avtomatlaşdırması və tərəfdaş yoxlama alətləri;
  • Əl ilə/avtomatlaşdırılmış təsdiq ilə uyğunluq yoxlamaları;
  • Hər tərəfdaşa aid ayrıca məlumatlar üçün real vaxt rejimində idaretməə panelləri;
  • Çoxbrendli və çoxvalyutalı funksionallıq.

Sabit istifadə nümunələri ətrafında qurulmuş sistemlərdən fərqli olaraq, MyAffiliates bizneslər böyüdükcə inkişaf edən çevik tərəfdaşlıq proqramı strukturu təmin edir. İnfluenserlər SEO və PPC (kliklə görə ödəniş) kimi qarışıq trafik mənbələrini idarə edən operatorlar üçün dəyişən kampaniya ehtiyaclarına və tənzimləmə tələblərinə uyğun çevik arxitektura təklif edirlər.

iGaming biznesiniz üçün doğru proqramı necə seçmək olar

Operatorların ehtiyacları fərqlidir və yanlış proqram təminatı inkişafı məhdudlaşdıra və ya resursları israf edə bilər. Platforma xüsusiyyətlərini biznes mərhələnizə, komanda ölçünüzə və planlarınıza uyğunlaşdırın. iGaming tərəfdaşlıq marketinq proqramı sahəsində ən vacib olanı müəyyənləşdirmək üçün bu yoxlama siyahısından istifadə edin:

Biznes ölçüsü və tərəfdaş həcmi

Aktiv tərəfdaşların sayı platforma ehtiyaclarınızı birbaşa təsir edir. Kiçik brendlər daha sadə alətlərlə işləyə bilər, lakin 500-dən çox tərəfdaşı və ya çoxsaylı brendləri idarə edən operatorlar çoxbrendli izləmə, toplu kampaniya alətləri və avtomatlaşdırılmış məntiqi dəstəkləyən sistemlərə ehtiyac duyur.

Fərdiləşdirmə, yxosa sürət

Bəzi bizneslər dərin nəzarətə ehtiyac duyur: çevik komissiya strukturları, brendə uyğunlaşdırılmış portallar, xüsusi məlumat mübadilələri. Başqaları isə istifadəyə hazır həllərə üstünlük verirlər. Daxili həllər texniki imkanları məhdud olan komandalar üçün idealdır, müstəqil alətlər isə daxili developerlər və ya qabaqcıl tərəfdaşlıq marketinqi kampaniya quranlar üçün daha yaxşı işləyir.

Coğrafi bölgələr və tənzimlənmə çərçivəsi

Tənzimlənən bazarlarda (məsələn, Böyük Britaniya, Almaniya, Ontario) fəaliyyət göstərirsinizsə, GDPR, KYC yoxlaması, vergi qaydaları və fəaliyyət jurnalları üçün daxili alətləri olan proqramlara ehtiyacınız olacaq. Hüquqi standartların geniş şəkildə fərqləndiyi tərəfdaşlıq marketinqi kampaniyalarında ölkə və ya region üzrə təklifləri fərdiləşdirmək üçün geo-hədəfləmə seçimləri də vacibdir.

Hesabatlar və məlumatların əlçatanlığı

Nəticə yönümlü komandalar üçün real vaxt statistikası vacibdir. Tərəfdaş məlumatlarını ən azı hər bir neçə dəqiqədən bir yeniləyən və trafik mənbəyi, kampaniya və cihaz üzrə seqmentasiyaya imkanı verən platformalar axtarın. Bu, büdcəyə daha yaxşı nəzarət və zəif performansa daha sürətli reaksiya imkanı verir.

Böyümə və i̇nteqrasiya potensialı

Uzunmüddətli perspektivdə artım planlaşdıran brendlər REST API girişi, CRM sinxronizasiyası və serverdən serverə izləmə dəstəyi olan alətlərə üstünlük verməlidir. Bu inteqrasiyalar əl əməyini azaldır, ödənişlərin, ünsiyyətin və saxtakarlıq xəbərdarlıqlarının avtomatlaşdırılmasını təmin edir.

Texniki dəstək və icma

Etibarlı tərəfdaşlıq marketinq vaxtlı-vaxtında dəstək tələb edir. 24/7 canlı söhbət, işə adaptasiya mütəxəssisləri və şəffaf dəyişiklik jurnalları təklif edən provayderləri seçin. Güclü istifadəçi icması və aktiv şəkildə dəstəklənən yol xəritəsi uzunmüddətli etmadın bariz göstəriciləridir.

Monetizasiya modelləri və tərəfdaş növləri

Platformanın influenserlərdən SEO agentliklərinə qədər bütün tərəfdaşları və RevShare, CPA və ya Hibrid kimi ödəniş sxemlərini dəstəklədiyinə əmin olun. Hər model fərqli məntiq tələb edir və proqram təminatınız xüsusi tərtibata ehtiyac qalmadan bunları idarə etməlidir.