1b-aff-admin, Author at 1xBet Affiliates - Page 2 of 8

Ən yaxşı ərəb tərəfdaşlıq proqramlarının icmalı

Ərəb dünyasında tərəfdaşlıq marketinqi sürətlə inkişaf edir. Hazırda çox sayda insan məhsul və ya xidmət linklərini paylaşaraq qazanc əldə edir. Məhsul sahibi olmağınıza ehtiyac yoxdur. Sadəcə başqalarına alış etməkdə yardım göstərir və ödəniş alırsınız.

Bu trendə başçılıq edən ölkələr:

  • Misir, 
  • Səudiyyə Ərəbistanı, 
  • BƏƏ, 
  • və Mərakeş. 

Hazırda getdikcə daha çox şirkət ərəb dilində tərəfdaşlıq proqramları təklif edir. Bu proqramlarda yerli və qlobal valyutalarda ödəniş edilir. Çoxları ərəb dilində idarəetmə panelləri, sürətli ödəmələr və etibarlı brendlər təklif edir.

Bu məqalədə üç əsas sahəyə aid ən yaxşı proqramlarla tanış olacaqsınız: iGaming, e-ticarət və kriptovalyuta. Eyni zamanda proqramın ərəb bazarı üçün yaxşı olduğunu göstərən xüsusiyyətlərdən və tərəfdaşlıq işinin halal, yoxsa haram olduğundan danışacağıq.

Tərəfdaşlıq proqramının ərəb bazarı üçün yaxşı olduğunu göstərən nədir

Ərəb bazarında uğurun qazanılması üçün tərəfdaşlıq proqramı yerli mədəniyyət və ehtiyaclara uyğun olmalıdır. Məsələ yalnız yüksək ödəmələrdə deyil. Dil, ödəniş seçimləri və insanların internetdən necə istifadə etdikləri vacibdir.

Əvvəla, dil məsələləri. Yaxşı proqramda ərəb dili dəstəklənməlidir. Bütün dünyada 420 milyona yaxın insan ərəb dilində danışır. Çox sayda istifadəçi öz dilində sayt, e-poçt və idarəetmə panellərindən istifadə etməyi sevir. Yalnız ingilis dilinin istifadə edildiyi platforma etimadı itirə bilər.

İkincisi, ödəniş əsasdır. Misir və ya Mərakeş kimi ölkələrdə insanlar hər zaman PayPal istifadə etmirlər. Çoxları Payoneer, bank köçürmələri və ya hətta STC Pay-a üstünlük verirlər. Yaxşı tərəfdaşlıq proqramında yerli ödəniş üsulları təklif edilməlidir. Sürətli və asan ödəmələr loyallıq formalaşdırır. 30$-dan başlayaraq həftəlik və ya aylıq ödəniş edən proqramlar yeni başlayanlar üçün daha asandır. Beləliklə, getdikcə daha çox istifadəçi tərəfdaşlıq proqramına qoşulmağı sınayır.

Üçüncüsü, mobil cihazlar hər şeydir. MENA (Yaxın Şərq və Şimali Afrika) regionunda internet trafikinin 75%-i mobil telefon mənşəlidir. Tətbiqlər kiçik ekranlarda yaxşı işləməlidir. Reklamların yönləndirdiyi səhifələr və idarəetmə panelləri telefonda istifadəyə uyğun olmalıdır. Əks halda istifadəçilər başqa yerə klikləyirlər.

Dördüncüsü, etimad və mədəniyyət vacibdir. Çoxsaylı ərəb ölkələrində insanların onlayn işə baxışını dini dəyərlər formalaşdırır. Proqramlar böyüklər üçün nəzərdə tutulan, spirtli içki ilə əlaqəli və ya şübhəli təkliflərdən uzaq olmalıdır. Ən yaxşı nəticələr aydın və halallıq prinsiplərinə uyğun təkliflərlə əldə edilir. Məsələn, Səudiyyə Ərəbistanında e-ticarət və ya təhsil proqramları azart oyunları ilə müqayisədə daha yaxşı nəticə verir.

Beşincisi, influenserlərin təsiri güclüdür. Səudiyyə Ərəbistanı və BƏƏ-də çox sayda alıcı aşağıdakılara etibar edir:

  • YouTube, 
  • TikTok, 
  • və Instagram influenserlərinə. 

Yalnız veb-saytlarda deyil, sosial mediada da tanıtıma imkan verən proqramlar daha effektivdir. Bəzi məzmun yaradıcıları təkcə tərəfdaşlıq linklərindən ayda 500 ABŞ dollarından çox qazanc əldə edirlər.

Nəhayət, dəstək böyük fərq yaradır. Ərəbdilli tərəfdaşlıq menecerləri yeni istifadəçilərə başlamaqda kömək edirlər. Təlimin, WhatsApp və canlı söhbət vasitəsilə yardımın təklif edildiyi proqramlarda daha yüksək fəallıq müşahidə edilir.

Qısası, ərəb bazarları üçün ən yaxşı proqramlar:

  • ərəb dilini dəstəkləyir,
  • yerli seçim variantları ilə sürətli ödəniş edir,
  • mobil cihazlarda effektiv iş təmin edir,
  • mədəniyyətə uyğundur,
  • tərəfdaşlara inkişaf etməkdə yardım edir.

Ən yaxşı ərəb tərəfdaşlıq proqramları 

Hazırda çox sayda tərədaşlıq proqramı ərəb istifadəçiləri diqqət mərkəzində saxlayır. Onlar yerli dilləri dəstəkləyir, ədalətli ödəmə təklif edir, mobil cihazlarda yaxşı işləyirlər. 2025-ci ilin ən yaxşı proqramları üç əsas sahəyə aiddir: iGaming, e-ticarət və kriptovalyuta. Hər birinin güclü brendi və güvənilən adı mövcuddur.

Ərəb tərəfdaşların ən çox qazanc əldə etdikləri iGaming proqramları

iGaming ərəb regionunda tərəfdaşların ən çox mənfəət əldə etdikləri sahələrdən biridir. Misir, Mərakeş və Livan kimi ölkələrdə çox sayda istifadəçi idman mərclərindən və kazino oyunlarından zövq alır. Bəzi ölkələr tanıtımı məhdudlaşdırsa da, başqaları tərəfdaşlara qobal platformalarla sərbəst işləmək imkanı verirlər.

Ərəbdilli tərəfdaşlar linkləri paylaşmaq üçün Telegram, YouTube Shorts, Instagram və mobil bloqlardan istifadə edirlər. Bu sahəyə aid olan proqramlarda yüksək komissiya, sürətli ödəniş və tam ərəb dilində dəstək xidməti təklif olunur. 

1xBet Affiliate

1xBet dünyanın ən böyük iGaming platfırmalarından biridir. Onun tərəfdaşlıq proqramı Misir və Mərakeşdə olduqca populyardır. Tərəfdaşlar yönləndirdikləri oyunçulardan 40%-ə qədər gəlir payı əldə edirlər. Məsələn, istifadəçi 160$ uduzarsa, bir şəxsdən 64$-a yaxın qazanc əldə edə bilərsiinz.

Həmçinin CPA və hibrid seçimlər mövcuddur. CPA təklifi ilə qeydiyyatdan keçən və depozit yerləşdirən hər yeni oyunçuya görə 100$-a qədər ödəniş edilə bilər. Proqram 60-dan çox ölkədə fəaliyyət göstərir və bütün dünyada 100 000-dən çox tərəfdaşı mövcuddur.

Ödənişlər minimum limit 30$ olmaqla hər həftə həyata keçirilir. Vəsaitləri bank köçürməsi, kripto, Skrill və ya Neteller vasitəsilə çəkə bilərsiniz. İdarəetmə panelində ərəb dili tam dəstəklənir və real vaxt rejimində statistik məlumatlar əks olunur. Bu proqram futbol səhifələri, kazino bloqları və Telegram mərc qrupları ilə yaxşı nəticə göstərir.

1xCasino Affiliate

1xCasino 1xBet-in yalnız kazino versiyasıdır. O eynilə 40%-ə qədər gəlir payı təklif edir, lakin diqqət mərkəzində slotları, masaüstü oyunları və canlı dilerləri saxlayır. Bu proqram kraş oyunları, slot uduşları və ya kazino bonusları üçün idealdır.

Çoxsaylı ərəb məzmun yaradıcıları onu xüsusilə böyük uduşların nümayiş olduğu qısa videolarla TikTok və ya Telegram-da tanıdırlar. İstifadəçilərin yönləndirildikləri səhifələr, bannerlər, tanıtım alətləri ərəb dilində mövcuddur. Bu proqram ən yaxşı nəticəni kazino tanıtımına icazə verilən ölkələrdə göstərir.

BizBet Affiliate

BizBet kraş oyunları, slot və cekpotların önə çəkildiyi, sürətlə inkişaf edən kazino platformasıdır. Nə qədər trafik cəlb etdiyinizdən asılı olaraq tərəfdaş proqramı çərçivəsində 35%-50% gəlir payı ödənilir. Bəzi təkliflərə həmçinin hər oyunçuya görə 6$-90$ arasında ödənişin edildiyi CPA daxildir.

Platforma sizə mobil cihazlarda istifadəyə uyğunlaşdırılmış alətlər, ərəb dilində kreativ materiallar və qısa videoreklamlar təqdim edir. Tərəfaşların çoxu bu proqramdan Telegram botları, YouTube Shorts və ya TikTok videoçarxları ilə istifadə edirlər. BizBet-də minimum hədd təqribən 30$ olmaqla həftəlik ödənişlər dəstəklənir.

Auditoriyanız mobil oyunlardan, vizual məzmundan və ərəbdilli mərc oyunlarından zövq alırsa, BizBet 2025-in ən yaxşı tərəfdaşlıq seçimlərindən biridir.

E-ticarət proqramları – Ərəb auditoriyalara onlayn xidmət

Onlayn alış-veriş ərəb torpaqlarında sürətlə inkişaf edir. İndi Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Mərakeşdə insanlar internetdən həmişəkindən daha çox alış edirlər. Bu inkişaf tərəfdaşlar üçün güclü qazanc şansı yaradır.

Alıcıların çoxu mobil telefondan istifadə edir və ərəb dilinin dəstəkləndiyi veb-saytlara üstünlük verirlər. Çoxları həmçinin çatdırılma zamanı ödənişi seçə bilərlər, beləliklə e-ticarət proqramları yerli vərdişləri dəstəkləməlidir. Sosial media böyük rola malikdir. TikTok, Instagram və YouTube ərəbdilli məzmun yaradıcıları üçün əsas alətlərdir.

ArabClicks tərəfdaşlıq şəbəkəsi

ArabClicks Orta şərqdəki ən yaxşı tərəfdaşlıq proqramlarından biridir. O sizi Noon, 6thStreet, Namshi, GAP və Mumzworld kimi böyük brendlərlə birləşdirir. Mağaza və məhsuldan asılı olaraq 5%-20% arasında komissiya qazana bilərsiniz.

Məsələn, kimsə 65$ dəyərində geyim əşyası və ya aksessuar alarsa, 3,25$-13$ arasında qazanc əldə edə bilərsiniz. Sizə ərəb dilində bannerlər, məhsul lentləri və tanıtım alətləri təqdim edilir. İdarəetmə paneli də ərəb dillində işləyir və real vaxt rejimində statistik məlumatları əks etdirir.

Admitad MENA

Admitad ərəb bazarlarında fəaliyyəti genişlənən qlobal tərəfdaş şəbəkəsidir. Bir hesab vasitəsilə Amazon, Samsung, Noon, AliExpress, Jumia, Carrefour və başqalarını təbliğ edə bilərsiniz.

Komissiyalar fərqlidir. Fiziki məhsullara görə komissiya adətən 5%-15% təşkil edir. Bəzi rəqəmsal xidmətlər və ya vauçerlər hər sifarişə görə sabit olaraq 6$-20$ qazandırır. Admitad idarəetmə panellərinin bəzi hissələrində ərəb dilini dəstəkləyir və çox sayda lokal və qlobal brendlərə çıxış imkanı verir.

Eyni zamanda izləmə alətləri, konkret məhsullara keçid edən linklər və endirim kuponları əldə edirsiniz. Ödənişlər həftəlik və ya aylıq əsaslarla edilir. Minimum ödəmə məbləği təqribən 30$ təşkil edir və vəsait bank köçürməsi, kripto və ya Payoneer vasitəsilə çəkilə bilər. 

Amazon.eg və Amazon.sa Associates

Amazon-un Misir və Səudiyyə Ərəbistanı üçün yerli versiyaları mövcuddur. Tərəfdaşlıq proqramına qoşulma prosesi asandır və istifadəçilər tərəfindən etibarlı hesab olunur. Məhsul kateqoriyasından asılı olaraq 10%-ə qədər komissiya qazana bilərsiniz. Məsələn, kimsə 160$ dəyərində elektronika məhsulu əldə edərsə, 8$-16$-a qədər qazana bilərsiniz.

Kuki pəncərəsi 24 saat açıqdır, beləliklə, istifadəçi həmin gün daha gec saatda alış etsə də, qazanc əldə edə biləcəksiniz. Amazon satışlarınızı izləmək üçün sizə bannerlər, məhsul linkləri və alətlər təqdim edir.

Proqram minimum limit təqribən 50$ olmaqla aylıq ödəniş edir. Ödənişlər bank köçürməsi vasitəsilə edilir.

Kriptovalyuta proqramları – Ərəb texnologiya dalğasına qoşulun

Kripto ərəb dünyasında sürətlə inkişaf edir. Hazırda Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-də çox sayda gənc kripto tətbiqlərdən və birjalardan istifadə edir. Onlar YouTube, Telegram və TikTok-da kripto ilə əlaqəli məsləhətləri izləyirlər.

Həttə kripto qaydalarının olduğu ölkələrdə də onlayn maraq yüksəkdir. Bu, tərəfdaşlara etibarlı platformaları tanıtmaqla real pul qazanmaq şansı verir. 

Binance tərəfdaşlıq proqramı

Binance dünyanın ən böyük kriptovalyuta platformasıdır. Onun tərəfdaşlıq proqramı ticarət komissiyalarından 50%-dək gəlir gətirir. İstifadəçi ticarət edərək 100$ dollar komissiya ödəyərsə, 50$ qazana bilərsiniz.

Həmçinin başqa tərəfdaşları yönləndirməklə 10% əlavə qazanc əldə edə bilərsiniz. Proqramın idarəetmə paneli ərəb dilindədir və bütün kliklərinizi və qazanclarınızı real vaxt rejimində göstərir.

Binance minimum ödəniş limiti olmadan birbaşa pul kisənizə ödəniş edir. Pulunuzu dəqiqələr ərzində kripto ilə əldə edirsiniz. O, kriptovalyuta sahəsinin influenserləri, treyderlər və təlim keçənlər üçün idealdır.

MEXC tərəfdaşlıq proqramı

MEXC kriptovalyuta dünyasındakı ən yüksək ödəmələrdən birini təklif edir. İstifadəçilərinizdən alınan ticarət komissiyasının 40%-70%-ni qazana bilərsiniz. İstifadəçi 200$ komissiya haqqı ödəyərsə, sizin payınız 80$-140$ arasında ola bilər.

MEXC ən yaxşı tərəfdaşları mükafatlandırır və ikinci dərəcəli yönləndirmələrdən gəlir əldə etməyə imkan verir. İzləmə linkləri, ərəb dilində bannerlər və real vaxt rejimində hesabatlar əldə edirsiniz. Ödənişlər gündəlik olaraq və kriptovalyuta ilə edilir. Minimum ödəmə limiti yoxdur.

O, kriptovalyutalar haqqında rəylər, xəbərlər və ya treydinq məsləhətləri paylaşan məzmun yaradıcıları üçün münasibdir.

Bit2Me tərəfdaşlıq proqramı

Bit2Me yeni başlayanlar üçün yaradılmış sadə kriptovalyuta platformasıdır. Qeydiyyatdan keçən və kriptovalyuta alan hər yeni istifadəçiyə görə sabit olaraq 5$-10$ qazanırsınız. Məzmununuzda kriptovalyuta mərkəzi yer tutursa, bu sizin üçün əla seçimdir.

Platforma ərəb dilində satış səhifələrinə, eləcə də aydın və asan idarəetmə panelinə malikdir. Ödənişlər gündəlik olaraq kriptovalyuta ilə edilir. Balansınızda sadəcə 10$ olduqda, vəsaiti çıxara bilərsiniz.

Auditoriyanız kriptovalyuta ilə yenicə tanış olur və asan başlanğıc istəyirsə, Bit2Me sizin üçün idealdır.

Tərəfdaşlıq marketinqi halal, yoxsa haramdır?

Ərəb dünyasında insanların çoxu tərəfdaşlıq proqramına qoşulmazdan əvvəl bu sualı verir. Cavab hər zaman asan olmur. Bu, önə çəkdiyiniz məhsuldan və tətbiq etdiyniz üsuldan asılıdır. Məhsul və ya yardıma İslamda icazə verildiyi halda tərəfdaşlıq satışı məqbuldur. Məsələn, kitabları, geyim əşyalarını, təhsil və ya texnologiyanı tanıtmaq adətən halaldır. İnsanlara faydalı şeyləri tapmaqda yardım edir və bundan qazanc əldə edirsiniz.

Lakin məhsula icazə verilmədiyi halda tərəfdaşlıq marketinqi haram ola bilər. Spirtli içkilərin, azart oyunlarının, böyüklər üçün məzmunun və ya faizə əsaslanan kreditin təbliğ eidlməsi halal deyil. Yaxşı ödəniş edilsə də, İslam dəyərlərinə ziddir.

Tanıtımı necə etdiyiniz də vacibdir. Yalan danışır, istifadəçiləri yanlış yönləndirir və ya saxta endirimləri önə çəkirsinizsə, bu, dürüst hərəkət deyil. İslam bizə həqiqət çərçivəsində və ədalətlə satmağı öyrədir.

Bəzi alimlər özünüzün istifadə etməyəcəyiniz nəyisə satmağın haram olduğunu söyləyirlər. Digərlərinə görə, gəlir insanlara yaxşı məhsulları tapmaqda yardım edilməklə qazanıldıqda halaldır.

Özünüzü sığortalamaq üçün:

  • Hallallıq prinsiplərinə uyğun məhsul və ya xidmətləri seçin.
  • Bariz olaraq qadağan edilmiş hər şeydən uzaqlaşın.
  • Vicdanla və təmiz üsullarla tanıtım edin.

Tərəddüd edirsinizsə, etibarlı İslam alimi və ya imamla danışın. Hazırda çox sayda tərədaşlıq proqramı halal bazarlara yönəlir, buna görə qazanmaq üçün əla üsullar arasından seçim edə bilərsiniz.

Misirdəki ən yaxşı tərəfdaşlıq proqramlarının icmalı – Ən yaxşı 10 seçim

Tərəfdaşlıq marketinqi Misirdə sürətlə inkişaf edir. Daha çox insan onlayn yolla pul qazanmaq istəyir. Bu məqalədə Misir bazarı üçün ən yaxşı 10 tərəfdaşlıq proqramını tapa bilərsiniz. Hər birinin nə təklif etdiyini gözdən keçirəcəyik. Nə qədər qazana biləcəyinizi və hansı növ məhsul və ya xidmətləri təşviq edəcəyinizi də göstərəcəyik. Gəlin Misirdəki tərəfdaşlıq marketinqinə qısa baxış keçirək.

Tərəfdaş marketinqi Misirdə əlçatandır?

Bəli, Misirdə tərəfdaşlıq marketinqi mövcuddur. Misirdə bir çox insan gəlir əldə etmək üçün bu üsuldan istifadə edir. Bu, realdır və sürətlə inkişaf edir.

Artıq yerli mağazalar və beynəlxalq onlayn satıcılar daxil olmaqla, müxtəlif bizneslər üçün daha çox tərəfdaş var. Misirli blogerlər və YouTuber-lər tərəfdaşlıq proqramlarına qoşulmağa həvəslidirlər. Ödənişlər bu metodlarla həyata keçirilir:

  • Payoneer hesablarına, 
  • bank köçürülmələri vasitəsilə, 
  • yaxud kriptovalyutalarla. 

Bu vasitələr təhlükəsizdir və Misirdə əlçatandır. Mobil istifadəçilərin sayı olduqca yüksəkdir. İnsanlar məhsulları mobil telefonlarından istifadə etməklə internet vasitəsilə alırlar. Bu onu göstərir ki, tərəfdaşlıq marketinqini əlçatan gəlir mənbəyinə çevirən yüksək mobil trafik mövcuddur.

Tərəfdaşlıq marketinqi ilə bağlı diqqətəlayiq məqamlar nədir? Bu, hər kəsin edə biləcəyi işdir və demək olar ki, xərcsizdir. Lazım olan tək şey sayt, sosial media hesabı, WhatsApp və ya hər hansı digər platformadır. Linki paylaşın və hər alış-veriş edildikdə qazanın. Bəli, bu Misirdə hər kəs üçün əlçatandır.

1. 1xBet tərəfdaşlığı

1xBet məşhur idman mərc oyunları və kazino saytıdır. Tərəfdaşlıq proqramı Misirdəki ən yaxşı seçimlərdən biridir. Siz 40%-dək gəlir payı əldə edə bilərsiniz; bu o deməkdir ki, əgər bir oyunçu 2500 Misir funtu itirirsə, siz 1000 Misir funtu qazana bilərsiniz. Həmçinin, qeydiyyatdan keçən və depozit qoyan hər yeni oyunçu üçün 3100 Misir funtuna qədər qazana biləcəyiniz CPA modelini də seçə bilərsiniz.

Proqram 60-dan çox ölkədə dəstəklənir və dünya üzrə 100 000-dən çox tərəfdaşı var. Pul çıxarışları sürətlidir və hər həftə göndərilir. Ödənişinizi bank köçürməsi, Skrill, Neteller və ya kriptovalyuta ilə ala bilərsiniz. Minimum ödəniş təxminən 930 Misir funtudur ki, aşağı məbləğdir və çatmaq asandır. Əgər izləyiciləriniz idman və ya kazino oyunlarını sevirsə, 1xBet onlayn pul qazanmağa başlamaq üçün ən yaxşı metodlardan biridir.

2. Hostinger tərəfdaş proqramı

Hostinger tanınmış bir veb-hostinq təminatçısıdır. Bu tərəfdaşlıq proqramı Misirdən olan texnologiya blogerləri və məzmun yaradıcıları üçün uyğundur. Hər satış üçün 40%-dən az olmayaraq komissiya dərəcəsi əldə edə bilərsiniz. Məsələn, əgər bir alıcı 1000 Misir funtu dəyərində hostinq alırsa, siz 400 Misir funtu və ya daha çox qazanırsınız. 

Kuki faylların davametmə müddəti 30 gündür və bu deməkdir ki, daha sonra edilən satışlar üçün də qazancınızı alacaqsınız. Bundan əlavə, Hostinger sizə tanıtım materialları, bannerlər, xüsusi bağlantılar və real vaxt analitikası təqdim edir. Aylıq 60 Misir funtundan başlayan qiymətlərlə hostinq planlarını satmaq asandır.

Köçürmələr aylıq həyata keçirilir və minimum çıxarış məbləği təxminən 1550 Misir funtudur, ödəniş isə bank köçürməsi və ya PayPal vasitəsilə alınır.

3. Amazon.eg tərəfdaşlıq proqramı

Amazon.eg Misirdəki ən böyük onlayn mağazalardan biridir. Bu tərəfdaşlıq proqramı məhsul linklərini paylaşaraq pul qazanmağınıza imkan verir. Məhsul kateqoriyasından asılı olaraq 10%-dək komissiya dərəcəsi əldə edə bilərsiniz. Məsələn, əgər bir şəxs 15 000 Misir funtu dəyərində noutbuk alarsa, siz 1500 Misir funtu qazana bilərsiniz. İstənilən məhsulu tanıda bilərsiniz: 

  • telefonlar, 
  • kitablar, 
  • geyimlər, 
  • mətbəx əşyaları, 
  • və daha çoxu. 

İnsanlar Amazona etibar etdiyi üçün klik və satış əldə etmək daha asandır. Ödənişlər aylıq həyata keçirilir. Ödənişi bank köçürməsi vasitəsilə ala bilərsiniz və minimum ödəniş təxminən 1550 Misir funtudur. Əgər bir bloq, YouTube kanalı və ya TikTok səhifəniz varsa, bu, pul qazanmaq üçün sadə və etibarlı bir yoldur.

4. Udemy tərəfdaşlıq proqramı

Udemy onlayn kurslar üçün ən yaxşı veb saytdır. Misirdə bir çox insan yeni bacarıqlar öyrənmək üçün ondan istifadə edir. Tərəfdaş olaraq, hər dərs satışından 10%-15% pay əldə edə bilərsiniz, əgər kimsə 1000 Misir funtu dəyərində dərs alırsa, 100 və ya 150 Misir funtu qazana bilərsiniz. Ticarət, incəsənət, proqramlaşdırma, reklam və daha çox sahədə dərslər sata bilərsiniz.

Əgər auditoriyanız özləri öyrənməyi və ya karyera inkişafını sevirsə, bu əla bir seçimdir. Kuki faylların müddəti 7 gündür və beləcə kimsə linkinizə klik etdikdən sonra bir həftə ərzində alış edərsə pul qazanacaqsınız. Udemy tərəfdaşlıq proqramı ilə əldə etdikləriniz:

  • Hər satış üzrə 15%-ə qədər komissiya faizi.
  • Tanıtmaq üçün minlərlə məşhur kurs.
  • 7 günlük kuki fayl müddəti.
  • Dəqiq davametmə müddəti analitikası və hesabatlar.
  • Yerli təkliflərlə ərəbdilli platforma.

Ödənişlər aylıq həyata keçirilir və ödənişi PayPal və ya bank köçürməsi vasitəsilə ala bilərsiniz. Minimum ödəniş məbləği təxminən 1550 Misir funtudur. Əgər təhsil və ya iş ilə bağlı bir bloqunuz, YouTube kanalınız və ya sosial media hesabınız varsa, bu mükəmməl bir seçimdir.

5. Booking.com tərəfdaşlıq proqramı

Booking.com Misirdə bir çox insan tərəfindən istifadə olunan etibarlı səyahət saytıdır. O, otel və səyahət rezervasiya linklərini paylaşaraq pul qazanmağınıza imkan verir. İstifadəçi sizin linkiniz vasitəsilə rezervasiya etdikdə, xərclədikləri pulun bir hissəsini əldə edirsiniz. Həqiqi komissiya dəyişsə də, adətən 6%-dən 10%-ə qədərdir və sayt sizə bannerlər, axtarış xanaları kimi vasitələr təqdim edir. Həmçinin otellər və ya səyahət təklifləri üçün xüsusi linklər yarada bilərsiniz. 

Ödənişlər aylıq köçürülür. Ödənişinizi bank köçürməsi və ya Payoneer ilə ala bilərsiniz. Minimum ödəniş məbləği təxminən 1550 Misir funtudur. Əgər səyahət ilə bağlı bir bloqunuz, saytınız və ya sosial media hesabınız varsa, Booking.com ağıllı seçimdir.

6. Admitad tərəfdaşlıq proqramı

Admitad qlobal tərəfdaş şəbəkəsidir. Sizi bir yerdə bir çox marka ilə birləşdirir. Hər markaya tək-tək qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur. Bir hesabla e-ticarət, maliyyə, səyahət və daha çox təklifləri tanıtım edə bilərsiniz.

Bir çox Admitad proqramı Misir trafikini qəbul edir. Misal üçün:

  • Jumia, 
  • Booking, 
  • Shein 
  • və Farfetch. 

CPA və RevShare modelləri arasında seçim edə bilərsiniz. Məsələn, bəzi təkliflər hər satışa 200–600 Misir funtu ödəyir, digərləri isə istifadəçinin müəyyən bir davametmə müddəti ərzində xərclədiyi məbləğin 5%-dən 15%-ə qədərini verir.

7. Farfetch tərəfdaşlıq proqramı

Farfetch qlobal moda mağazasıdır. Satışlarına daxildir:

  • dizayner istehsalı geyimlər, 
  • ayaqqabılar 
  • və çantalar. 

Misirdə bir çox insan dəbdəbəli məhsulları oradan alır. Əgər auditoriyanız moda ilə maraqlanırsa, Farfetch tərəfdaşlıq proqramı düzgün seçimdir.

Linkiniz vasitəsilə edilən hər satışdan komissiya əldə edə bilərsiniz. Komissiya dərəcəsi məhsula və yerə bağlı olsa da, adətən 8%-dən 12%-ə qədər olur. Farfetch tərəfdaşlıq proqramını Admitad və Optimise MENA kimi şəbəkələr vasitəsilə həyata keçirir. 

8. Namshi tərəfdaşlıq proqramı

Namshi Orta Şərqdə tərz üçün üstünlük verilən bir mağazaya çevrilib. Kişilər və qadınlar üçün geyim, ayaqqabı və əşyalar təklif edirlər. Onların tərəfdaşlıq proqramı vasitəsilə, hər satışdan 5%-dən 10%-ə qədər komissiya dərəcəsi əldə edə bilərsiniz. Əgər kimsə 2000 Misir funtu dəyərində alış-veriş edirsə, 100–200 Misir funtu qazana bilərsiniz.

Optimise MENA kimi şəbəkələr vasitəsilə işləyir. Linklər, bannerlər və hesabatlar alırsınız. Ödəniş metodları aylıq olaraq banka və ya Payoneer vasitəsilə həyata keçirilir və minimum ödəniş təxminən 1550 Misir funtudur. Bu proqram Misirdəki moda blogerləri və influenserlər üçün əladır.

9. MyProtein tərəfdaşlıq proqramı

MyProtein Misirdəki fitnes həvəskarları tərəfindən etibar olunan aparıcı idman qidalanma markasıdır. Tərəfdaşlar hər satışdan 8%-ə qədər komissiya qazanır və kuki faylların davametmə müddəti 30 gündür. Əgər kimsə 2000 Misir funtu dəyərində protein tozu alırsa, təxminən 160 Misir funtu əldə edirsiniz. Sizə xüsusi kampaniyalar və dəstək üçün xüsusi tərəfdaşlıq komandası təklif edirlər (). Awin və ya Optimise MENA kimi şəbəkələr vasitəsilə qoşula bilərsiniz. Ödənişlər minimum ödəniş ilə (təxminən 1550 Misir funtu) aylıq olaraq bank köçürməsi və ya Payoneer vasitəsilə edilir. Auditoriyanız sağlamlıq, fitnes və ya idman avadanlıqlarına önəm verirsə, bu proqram sizə uyğundur.

10. Fiverr tərəfdaşlıq proqramı

Fiverr frilans xidmətlər üçün qlobal bir saytdır. Tərəfdaş kimi ilk sifarişdən 70%-ə qədər komissiya dərəcəsi və gələcək sifarişlərdən 10% qazanırsınız. Məsələn, əgər kimsə 3000 Misir funtu dəyərində Pro servis alarsa, siz 2100 Misir funtu qazana bilərsiniz.

Logo Maker kimi bəzi alətlər üçün əlavə olaraq sabit 1350 Misir funtu ödəniş var. Kuki fayllar 12 ay davam etdiyi üçün müştərilər sonradan alış etsə belə, siz qazanırsınız.

Promo linkləri, bannerlər və hesabatlar alırsınız. Ödənişlər aylıq olaraq PayPal və ya bank köçürməsi ilə edilir və minimum ödəniş təxminən 1550 Misir funtudur.

Tərəfdaşlıq marketinqində uğur qazanmağınıza mane olan 11 “Səssiz düşmən” və onlardan yayınma yolları

Çoxları tərəfdaşlıq marketinqində uğursuzluğa düçar olur, amma səbəbini tam anlamır. Çox vaxt bunun arxasında böyük səhvlər yox, diqqətdən qaçan kiçik xətalar dayanır. Bu “səssiz düşmənlər” trafikinizi, potensial müştərilərinizi və gəlirinizi yavaş-yavaş azaldır. Hər şey normal görünsə də inkişafınız gizlicə dayanır.

Siz kontent paylaşmaqla, trafik cəlb etməklə və linklər yerləşdirməklə hər şeyi düzgün etdiyinizi fikirləşə bilərsiniz. Ancaq strategiyanızın tək bir hissəsi zəifdirsə, nəticələr sürətlə aşağı düşə bilər. Daha da pisi odur ki, sistemi işləməz hesab edib, eyni səhvləri təkrar etməyə davam edirsiniz.

Səhv #1 – Plansız trafik cəlb etmək

Trafik toplamaq hədəf deyil. Hədəf düzgün trafiki toplamaqdır. Əgər təsadüfi ziyarətçiləri cəlb edirsinizsə, onların çoxu təklifinizlə maraqlanmayacaq. Pul və vaxt sərf etsəniz də, nəticə görməyəcəksiniz. Sanki işləyirsiniz, amma heç bir inkişaf yoxdur. Həll yolu: Əvvəlcə auditoriyanızı müəyyənləşdirin. Onların yaşını, maraqlarını, ehtiyaclarını bilin.

Məhsulunuza uyğun trafik mənbələri seçin. Reklamlar, bloqlar və sosial şəbəkələrdə onların dilində danışın. Təkcə rəqəmlərə deyil, keyfiyyətə fokuslanın. Çünki heç nə almayan minlərlə izləyicidənsə, alış-veriş edən kiçik bir qrup daha dəyərlidir.

Səhv #2 – Sadəcə paylaşmaq üçün kontent yazmaq

Bir çox tərəfdaş düşünür ki, sadəcə aktiv olmaq, yəni bloq yazmaq və ya video paylaşmaq uğur üçün kifayətdir. Amma dəyəri olmayan kontent nə axtarış sistemlərində reytinq qazanır, nə də satış gətirir. İş bu qədər sadə deyil. Bu gün həm axtarış sistemləri, həm də oxucular keyfiyyətli məzmun axtarır. 

Zəif kontent həm nəticə vermir, həm də etimadı zədələyir. Oxucu vaxt ayırıb “asan həll” vəd edən bir məqaləyə klikləyib fayda tapmırsa, bir daha geri qayıtmayacaq. Daha da pisi isə, gələcək paylaşımlarınızı da avtomatik olaraq görməməzdən gələ bilər. Yəni sadəcə oxucunu yox, bəlkə də potensial müştərini birdəfəlik itirirsiniz. 

Real problemləri həll edən, öyrədici və faydalı kontent hazırlayın. Hər yazının aydın bir məqsədi olsun: Məhsul istifadəsini izah etmək, xidmətləri müqayisə etmək və ya tez-tez verilən suallara cavab vermək. Oxucuya qalmaq və geri qayıtmaq üçün ibir səbəb verin.

Səhv #3 – Aşağı keyfiyyətli trafikə güvənmək

Xüsusilə də yüksək dönüşümlü mərc təkliflərini tanıtdırırsınızsa ucuz trafik almaq ilk baxışda ağıllı addım kimi görünə bilər. Amma bu trafik botlarla, saxta kliklərlə və ya maraqsız istifadəçilərlə doludursa, nəticə sadəcə pul itkisi olacaq. Belə ziyarətçilər nə qeydiyyatdan keçəcək, nə depozit edəcək, nə də qalıcı müştəriyə çevriləcək. Minlərlə ziyarət görünməyinə rəğmən real depozit sıfırdırsa, əksər tərəfdaşlıq proqramları üçün bu ciddi xəbərdarlıq siqnalıdır.

  • Aşağı keyfiyyətli potensial müştərilərin problemi təkcə dönüşüm etməmək deyil. Onlar həm də sizin adınıza xələl gətirə, ödəniş dərəcələrinizi azalda, hətta böyük mərc tərəfdaşlıqlarından uzaqlaşdırılmağınıza səbəb ola bilər.
  • Bəzi saytlar, xüsusilə tənzimlənən bazarlarda bu məsələ daha ciddir və trafikin keyfiyyəti əsas göstəricilərdən biridir.

Həll yolu həmişə etibarlı reklam şəbəkələri və hədəflənmiş icmalar seçməkdir. Mərc sahənizə uyğun ölkələrə və kanallara fokuslanın.

Səhv #4 – CPA tərəfdaşlıq proqramlarını nəzərə almamaq

Bir çox yeni başlayan tərəfdaşlar yalnız sadə görünən, istifadəçilərin xərclədiklərindən müəyyən faiz qazandıqları gəlir bölüşdürmə modellərinə diqqət edirlər. Amma daha sərfəli olan CPA proqramlarını adətən görməzdən gəlirlər. CPA ilə qeydiyyat və ya ilk depozit kimi hər uyğun hərəkətə görə sabit məbləğ ödənilir.

Əgər mərc və ya kazino platformalarını tanıtdırırsınızsa, CPA müqavilələri çox faydalı ola bilər. Gəlir qazanmaq üçün həftələrlə gözləməyə ehtiyac yoxdur. Tək bir konversiya sizə 20$, 50$ və ya daha çox qazandıra bilər. Lakin bir çox tərəfdaş köhnəlmiş modellərə bağlı qalaraq bu imkanı əldən verir.

Müxtəlif modelləri müqayisə edin və trafikinizə ən uyğun olanı seçin. Əgər kontentiniz yeni və motivasiyalı istifadəçilər gətirirsə, CPA dəyərli seçimdir. Başlamaq üçün ən yaxşı təklifləri  CPA tərəfdaşlıq proqramları bələdçilərində araşdırın.

Səhv #5 – İstifadəçiləri uzaqlaşdıran zəif açılış səhifələri

Hər şeyi düzgün etmisiniz: kontent paylaşmısınız, reklam yaratmısınız, trafik toplamısınız. Amma istifadəçilər açılış səhifənizə daxil olan kimi dərhal çıxırlar. Səbəb səhifənin cansıxıcı, nizamsız və ya yavaş yüklənməsi ola bilər. 

Unutmayın ki, açılış səhifəsi, bütün səylərinizin toplandığı əsas nöqtədir. Burada ziyarətçilərdə maraq yaratmaq lazımdır. Əgər motivasiya zəifdirsə, klik olmayacaq. Əgər sayt köhnə görünürsə və ya ləng işləyirsə istifadəçilər səhifədə qalmayacaq.

Yüksək keyfiyyətli şəkillərdən, güclü çağırışlardan və qısa, aydın başlıqlardan istifadə edin. Səhifənin tez yükləndiyinə və yalnız bir məqsədə fokuslandığına əmin olun. Müxtəlif dizaynları test edin və ən yaxşı nəticə verən variantı saxlayın.

Səhv #6 – Axtarış arbitrajını anlamamaq

Axtarış arbitrajı ilk baxışda çox cazibədar görünür: ucuz kliklər al, istifadəçi konversiya edəndə isə daha çox qazan. Bu üsul bəzi tərəfdaşlarda, xüsusilə mərc sektoru kimi yüksək gəlirli sahələrdə yaxşı işləyir. Amma aydın strategiya olmadıqda bu metod büdcənizi göz açıb yumunca əridə bilər.

Bir çox tərəfdaş qaydaları öyrənmədən işə atılır. Yanlış açar sözlər seçir, zəif açılış səhifələri qurur və ya ziyarətçiləri az gəlirli təkliflərə yönləndirirlər. Nəticədə nə olur? Çoxlu xərc, sıfır qazanc.

Bu metodu sınamaq istəyirsinizsə əvvəlcə  Axtarış arbitrajı bələdçisini oxuyun. 2025-ci il üçün modelin necə işlədiyini, hansı risklərdən qaçmaq lazım olduğunu və təhlükəsiz başlamağın yollarını öyrənin. Bu metod yalnız prosesi tam anladığınız halda işə yarayır.

Səhv #7 – Satışa deyil, bəyəni sayına fokuslanmaq

Paylaşımınız çoxlu bəyənmə, şərh və ya paylaşım alanda həyəcanlanmaq asandır. Amma tərəfdaşlıq marketinqində bu göstəricilər uğur demək deyil. Viral postunuz ola bilər, amma heç kim linkinizə klikləmirsə və ya depozit etmirsə qazancınız olmayacaq.

Bu səhv xüsusilə sosial media kampaniyalarında geniş yayılıb. Çoxları konversiya əvəzinə yalnız cəlbetmə üzərində fokuslanır. Ancaq gözoxşayan statistika sizə pul qazandırmır.

Əsas göstəriciləri izləyin: 

  • kliklər, 
  • qeydiyyatlar, 
  • depozitlər 
  • və ödənişlər. 

İstifadəçi yolunu izləmək üçün izləmə alətlərindən istifadə edin. Beləcə hansı kampaniyanın həqiqətən işlədiyini, hansının isə sadəcə səs-küy yaratdığını aydın görəcəksiniz. Nəticələrə fokuslanın, reaksiyalara yox.

Səhv #8 – Yenilənməmək, test etməmək, i̇nkişaf etməmək

Bəzi tərəfdaşlar bir kampaniyaya ümid bağlayaraq hər şeyin əvvəlki kimi işləyəcəyini düşünürlər. Amma bu sənaye davamlı olaraq dəyişir və inkişaf edir. Dünən işləyən strategiya bu gün tamamilə fərqli nəticə verə bilər. İstifadəçi davranışları dəyişir, təkliflər yenilənir və nəticələr də buna uyğun formalaşır.

Əgər heç bir yeniləmə və test aparılmırsa, nəticələr sürətlə aşağı düşəcək. Marağını itirmiş insanlara boş yerə reklam büdcəsi sərf ediləcək. Konversiya etməyən səhifələrə isə dəyərli trafik göndərmiş olacaqsınız.

Təklifləri, düymələri hətta yeni mənbələri və açılış səhifələrini test edin. Analitik göstəriciləri izləyin və öyrənməyi heç vaxt dayandırmayın. Kiçik dəyişikliklər çox vaxt böyük nəticələr gətirə bilər.

Səhv #9 – Rəqibləri plansız kopyalamaq

Başqalarının nə etdiyini izləmək ağıllı yanaşmadır. Onların nə etdiyini görmək sizə yeni ideyalar verə və bazarı daha yaxşı anlamağa kömək edə bilər. Amma sadəcə kopyalamaq heç vaxt uğur vəd etmir! Bir tərəfdaş üçün işləyən metod sizdə tamamilə uğursuz ola bilər, çünki onların auditoriyası, büdcəsi və üslubu sizinkindən fərqlidir.

Üstəlik, onların daxili məqsədlərini bilmirsiniz. Ola bilər ki, riskli strategiyanı test edirlər. Bəlkə də böyük büdcə ilə pullu trafik idarə edirlər. Hətta bəzən sadəcə səhv addım atırlar, siz isə bilmədən uğursuz metodu kopyalayaraq eyni səhvi təkrarlayırsınız. Kontekstdən xəbərsiz, səhvlərini təkrarlamaq riskiniz artır.

Daha yaxşı yanaşma:

  • müşahidə edin, amma kopyalamayın.
  • İdeyaları götürün, amma öz üslubunuza və auditoriyanıza uyğunlaşdırın.
  • Rəqiblərin rənglərinə və ya dizaynına deyil, öz izləyicinizin real ehtiyaclarına fokuslanın.
  • Hər şeyi test edin. 

Kontentiniz sizə xas səslənməlidir, başqasına yox. Açılış səhifəniz təklifinizi əks etdirməlidir, standart kopya olmalı deyil. Uğurlu tərəfdaşlar öz strategiyası ilə dəyər yaradır. Sadəcə izləməklə qalmayın, öyrənin, test edin və inkişaf edin. Fərqlənmək etimad gətirir, etimad isə konversiya gətirir.

Səhv #10 – İstifadəçilərlə real əlaqə qurmaqdan i̇mtina etmək

Tərəfdaşlıq marketinqi təkcə kliklərdən ibarət deyil. Əsas məsələ etimaddır. İstifadəçilər sizə güvənmirsə, məsləhətlərinizi izləməyəcək, linklərinizə klikləməyəcək və depozit etməyəcəklər. Bir çox tərəfdaş bu hissəni ötürür, yalnız trafik arxasınca qaçır, amma münasibət qurmağı unudur.

Güclü əlaqə necə qurulur?

  • Yalnız promo deyil, səmimi tövsiyələr verin.
  • Şərhlərə və e-poçtlara cavab verin.
  • E-poçt siyahısı qurun və faydalı yeniliklər paylaşın.
  • Kontentiniz robot kimi deyil, insani səslənsin.

Etimad olmadıqda istifadəçi bir dəfə klikləyib yox ola bilər. Etimad olduqda isə geri dönür və yenidən konversiya edir. Hətta kiçik olsa belə, real bir icma qurun.

Səhv #11 – Alətlər, sahələr və taktikalar arasında davamlı dəyişmək

Tez nəticə görmədikdə hər şeyi dəyişmək cazibədar ola bilər: yeni təklif sınamaq, sahə dəyişmək, başqa alətə keçmək. Amma tez-tez dəyişiklik etmək, heç bir möhkəm sistemin qurulmasına imkan vermir.

Tərəfdaşlıq uğuru vaxt tələb edir. Növbəti addıma keçməzdən əvvəl bir sistemi test etməli, öyrənməli və inkişaf etdirməlisiniz.

Qaçınılmalı vərdişlər:

  • bir ayda 5 fərqli sahə sınamaq.
  • Nəticələr çıxmamış platforma dəyişmək.
  • Heç birini mənimsəmədən hər yeni aləti istifadə etmək.

Onun əvəzinə, bir yolu seçin və davamlı sınayın. Fokus nəticə gətirir, yarımçıq səylər isə heç yerə aparmır.

Yekun olaraq, bu səhvləri aradan qaldırın və i̇nkişafınızı izləyin

Əksər tərəfdaşlıq marketinqi səhvləri gözə çarpmır. Onlar çətinliklə görünür. Buna görə də bir çox tərəfdaş niyə pul itirdiyini başa düşmür.

Bu gün edə biləcəyiniz addımlar:

  • düzgün məlumatları izləyin.
  • Trafikin keyfiyyətini artırın.
  • Daha yaxşı açılış səhifələri qurun.
  • CPA tərəfdaşlıq proqramlarını araşdırın.
  • Hər şeyi test edin və prosesə güvənin.

Bu “səssiz düşmənlərdən” yalnız bir neçəsini aradan qaldırsanız belə, daha yaxşı göstəricilər, keyfiyyətli istifadəçilər və daha yüksək qazanc əldə edəcəksiniz. Tərəfdaşlıq marketinqi öyrənənlərə, uyğunlaşanlara və fokuslananlara mükafat verir.

Sıfır kliklə məzmun və tərəfdaş bundan necə qazanc əldə edə bilər

Sıfır kliklə məzmun onlayn qazanc yollarını dəyişir. İnsanlar saytınıza daxil olmadan onları maraqlandıran suallara cavab alırlar. Tərəfdaş olaraq bu, itirilmiş trafik kimi hiss olunur. Lakin strategiyanızı dəyişdirsəniz, yenə də pul qazana bilərsiniz. Sıfır klikləri real gəlirə necə çevirəcəyimizi araşdıraq.

Yeni dövrü qəbul etmək onunla mübarizə aparmaq demək deyil. Diqqət yeni bacarıqların əldə edilməsinə və daha ağıllı strategiyaların tətbiqinə yönəldilməlidir. Etibar inkişaf etdirilə bilər, hətta kliklər olmadan da nəticələr əldə edilə bilər. İlkin informasiya, aktuallıq və məlumatı yadda saxlamaq bacarığı həlledici rol oynayır.

Sıfır kliklə məzmun nədir?

Sıfır kliklə məzmun istifadəçilərə klikləməyə ehtiyac olmadan cavablar verir. O, Google fraqmentlərində, səsli axtarış cavablarında, süni zəka xülasələrində və sosial media önizləmələrində görünür. Tam cavab istifadəçilər vebsaytınıza daxil olmazdan əvvəl görünür.

Bu məzmun formatı istifadəçilərə kömək edir. Tez və asandır. Lakin tərəfdaşlar üçün bu, mürəkkəbdir. Kliklərin olmaması çox vaxt qazancın olmaması deməkdir. Siz güc sərf edirsiniz, amma platformalar trafiki saxlayır. Sıfır klik məzmununun əks olunduğu yerlər:

  • Google-un “İnsanlar həmçinin soruşur” fraqmenti və ya seçilmiş fraqmentləri.
  • ChatGPT, Perplexity və ya axtarış xülasəsi kimi süni zəka alətləri.
  • Twitter, Facebook və Instagram-da önizləmələr.
  • YouTube video xülasələri və yuxarı hissədə sabitlənmiş şərhlər.
  • Brauzer cavab kartları (Brave, Bing və s.)

Bu, pis məzmun deyil. Əslində, bu, çox vaxt sizin ən yaxşı işinizdir. Lakin istifadəçi olduğu yerdə qalır. Buna görə də tərəfdaşlar fərqli düşünməlidirlər.

Niyə sıfır kliklə məzmun ənənəvi tərəfdaşlıq marketinqinə zərər verir?

Tərəfdaşlıq marketinqi bir əsas amildən – klikdən asılıdır. Siz səhifə yaradırsınız, hər hansı istifadəçi səhifəyə daxil olur, linkinizə klik edir və alış edir. Siz bu yolla qazanırsınız. Lakin sıfır kliklə məzmun bu sistemi pozur.

Hazırda axtarış sistemləri nəticələr səhifəsində tam cavabları göstərir. Süni zəka alətləri məqalələri ümumiləşdirir, həmin məqalələrə istinadlar verilmir. Bu üsulla istifadəçilər istədiklərini tez əldə edirlər və heç vaxt saytınıza daxil olmurlar. Ziyarətin olmaması klik olmaması deməkdir. Klikin olmaması komissiyanın olmaması deməkdir.

Hətta sosial şəbəkələr hazırda istifadəçiləri tətbiqdə saxlayır. Instagram brauzeri açmadan məhsul barədə məlumatları göstərir. Twitter/X məqalənin önizləmələrini bir vərəqdə göstərir. TikTok yaradıcılara bir 15 saniyəlik çarxda bütün dəyəri əks etdirməyə imkan verir.

Bu, istifadəçilər üçün əladır. Lakin tərəfdaşlar üçün bu, böyük bir problemdir. Siz trafik itirirsiniz. Linkləriniz kliklənməmiş qalır. Məzmununuz kiməsə faydalı olur, lakin sizə fayda gətirmir.

Bir çox tərəfdaşlar daha aşağı CTR, daha az konversiya və qazancın azalması ilə üzləşib. Rəqabətin yüksək olduğu və cavabların qısa olduğu maliyyə, mərc və proqram təminatı kimi sahələrdə bu, özünü xüsusilə büruzə verir. Köhnə yanaşma geridə qalır. İndi sadəcə görünmək kifayət deyil. Heç kim elanlarınızı klikləməsə belə, qazanmağı da öyrənməlisiniz.

Sıfır kliklə məzmundan tərəfdaşın qazanc əldə etməsi üçün strategiyalar

Sıfır kliklə məzmun trafiki dayandıra bilər, lakin gəliri dayandırmalı deyil. Sadəcə yeni üsullara ehtiyacınız var. Klikləri təqib etmək əvəzinə, görünmə, yadda saxlama və niyyət haqqında düşünün. Ağıllı tərəfdaşlar indi köhnə satış sistemlərinə etibar etmədən qazanırlar.

Sıfır kliklə məzmun anlarını real gəlirə çevirməyin ən yaxşı yollarını araşdıraq.

1. Brend cavabın içindədir

İnsanlar klikləməsə belə, məzmunu oxuyurlar. Brendinizin və ya təklifinizin adının mesajın bir hissəsi olduğuna əmin olun. “Ən yaxşı mərc proqramları” yazmaq əvəzinə, “5 proqramı sınaqdan keçirdik – müəyyən bir kazino ən sürətli ödənişləri təmin edir” yazın. Brend indi cavabın bir hissəsidir.

İstifadəçi səhifənizə daxil olmasa belə, brendin adını görür. Onu yadında saxlayır. Bəziləri daha sonra onu Google-da tapacaq. Buna axtarışın yaddaşda qalması deyilir və bu, təxirə salınmış fəaliyyətə səbəb olur.

2. Yalnız linklərdən deyil, promo kodlardan da istifadə edin

Kliklər əladır, lakin kodlar da konvertasiya edir. Menecerinizdən IGaming Tərəfdaşlıq Proqramları üçün promo kodlar soruşun. Sonra kodu birbaşa məzmununuza yerləşdirin.

Məsələn:

  • “20 000 dollara qədər bonus əldə etmək üçün koddan istifadə edərək bu kazinoya qoşulun.”

İstifadəçi klikləməsə belə, kodu əl ilə daxil edə bilər. Və siz yenə də ödəniş alacaqsınız.

3. Hər cümləni daha effektiv edin

Məzmununuzun süni zəka tərəfindən oxunması və ya proqnozlaşdırılması ehtimalı varsa, hər bir cümləni kiçik təqdimat kimi qəbul edin. “Bu sayt bonuslar təklif edir” yazmaq əvəzinə, “Kazinoda oyunçular depozit qoymadan 15 000 dollar bonus əldə edə bilər – biz bunu özümüz sınadıq” yazın.

Bu cümlə dəyəri satır və bir sətirlə etibarlılığı artırır.

4. Ekran görüntüləri, cədvəllər və vizual CTA əlavə edin

Vizual elementlər tez-tez linklərin səmərəsiz olduğu yerlərdə daha effektiv olur. Google və süni zəka alətləri mətni çıxarırlar, lakin təsvirləri heç də hər zaman çıxarmırlar. Qazancınızı, bonus mərhələlərini və ya tətbiqdən istifadənizi göstərən orijinal skrinşotları yükləyin.

Şəkil başlıqlarından istifadə edin:

  • “Sözügedən kazinoda 5000$ məbləğində sınaq depozitimiz 3 gün ərzində 1200$ keşbek gətirdi.”

Bu, klikləməyə ehtiyac duymadan hekayəni izah edir. Həmçinin, brendləri vurğulayan müqayisə cədvəllərini əlavə edin. Bir çox istifadəçilər skrinşotlar edir və daha sonra onları xüsusən Telegram və ya sosial şəbəkələrdə görmək olar.

5. Sürüşdürmələrdən və yuxarı hissədə sabitlənmiş şərhlərdən istifadə edin

Sıfır klik yalnız axtarışla bağlı deyil. Sosial şəbəkələr üçün də aktualdır. Instagram-da “Ölkədə ən yaxşı 3 mərc proqramı” adı ilə qısa sürüşdürmələr hazırlayın. Kodları və adları birbaşa əlavə edin. Diqqəti cəlb etmək üçün emojilərdən və ya qalın şriftli mətndən istifadə edin.

YouTube-da qısa videolarda belə bir şərhi bərkidin:

  • “Pulsuz fırlatmalar üçün kazinoda kodu istifadə edin – depozitə ehtiyac yoxdur.”

Bir çox insan hətta bioqrafiyanızda linkinizə klikləmədən şərhi görür.

Öz videonuza yenilənmiş kodlar və ya məhdud müddətli təkliflərlə cavab vermək seçiminiz var. TikTok-da bonus kodunu ilk üç saniyədə görünən mətnlə göstərin. Facebook qruplarında karuselləri bələdçi kimi paylaşın və brendin adını şəkilə daxil edin. Bu platformalar orqanik məzmunu yüksək qiymətləndirir – nə qədər faydalı olsanız, bir o qədər çox görünəcəksiniz. Bundan əlavə, hər bir şərh və ya sürüşdürmədə diqqətdən kənarda qalan incə reklam var.

6. Yalnız məzmun deyil, alətlər yaradın

Kiçik vidjetlər, kalkulyatorlar və ya yoxlama siyahıları yaradın. Bəzi platformalar bunları digər saytlarda paylaşmağa imkan verir. Məsələn, “Mərclər üçün bonus izləyicisi” aləti tərəfdaş ID-nizi daxil edə bilər.

Kimsə aləti yerləşdirdikdə və ya istifadə etdikdə, öz səhifənizdən klik olmasa belə, izləməniz aktiv qalır.

7. Pulsuz yükləmələr və ya yoxlama siyahıları təklif edin

Məhsulu satmaq əvəzinə alət təklif edin. Bunu sınayın:

  • “Ödənişsiz ‘IPL mərc strategiyası bələdçisi’ PDF faylı əldə edin — 2025-ci ilin bonus kodları və proqramdan istifadə üzrə məsləhətlər daxildir.”

İnsanlar qısa yükləmələri sevirlər. Fayl yükləndikdən sonra faylın içərisinə tərəfdaş linklərini yerləşdirə və ya hətta promo kodu ilə su nişanı qoya bilərsiniz.

Bu, sıfır klikli formatlarda yaxşı işləyir, çünki istifadəçilər sürətli, pulsuz üstünlüklərə etibar edirlər.

8. Müəllif göstərilməklə süni zəkaya uyğun fraqmentlər yazın

Süni zəka modelləri məzmunu çıxarır, lakin bəzi platformalar (məsələn, Perplexity və ya Brave Search) mənbəyə istinad edir. İstinad edilmə şansını artırmaq üçün:

  • Qısa, aydın, fakta əsaslanan cümlələrdən istifadə edin.
  • Brend adları və rəqəmləri daxil edin.
  • Məzmunu ifadəli cümlələrə bölün.

Bu, dolayı trafik şansınızı artırır — sizi süni zəka alətində görən istifadəçilər sonra saytınıza daxil olurlar.

9. Strategiyaları platformaya görə bölün

Google-da işləyən strategiya Reddit-də işləməyə bilər. Hər kanal üçün düzgün sıfır klik formatından istifadə edin.

  • Google: Fraqmentlər və səsli axtarış üçün yazın.
  • TikTok: Ekranda mətn və promo kodlardan istifadə edin.
  • Reddit: Brendi qeyd etməklə vicdanlı kiçik rəylər dərc edin.
  • Telegram: Promo kodları ilə şəkil siyahılarından istifadə edin.
  • Facebook/Instagram: Dəyərli təkliflərlə vizual kartlardan və karusellərdən istifadə edin.

Hər birini sınayın. Nəyin yadda qaldığını izləyin.

10. Görünməyən konversiyaları izləyin

İnsanlar dərhal klikləməsələr belə, daha sonra geri qayıda bilərlər. RedTrack, Voluum və ya Affluent kimi alətlərdən istifadə edin. Bunlar təxirə salınmış konversiyaları, kod istifadəsini və ya çox toxunma yollarını göstərir.

Məsələn, kimsə Reddit-də dərcinizi görür, daha sonra brendi Google-da araşdırır, promo kodunuzu daxil edir və qeydiyyatdan keçir. Bu, ilk baxışda görünməz olsa belə, qələbədir. Bu nümunələri bilmək səylərinizi ikiqat artırmağa kömək edəcək.

Sıfır kliklə məzmun tərəfdaşlıq gəlirini öldürmür. Sadəcə qazanc əldə etmə üsulunu dəyişir. 2025-ci ildə uğur əldə etmək üçün yaddaşda qalmağa, etibara və çevikliyə diqqət yetirin. Klik sayını təqib etməyin. İstifadəçilər səhifəni tərk etmədikdə belə, işləyən strategiya qurun.

Nəticə

Sıfır kliklə məzmun yerində qalır. Bu, insanların oxuma, axtarış və qərar vermə tərzini dəyişir — lakin bu, tərəfdaşlığın sonu demək deyil. Siz hələ də ağıllı, görünən və çevik olmaqla qazana bilərsiniz. Promo kodlardan, etibarlı qeydlərdən və cəlbedici vizual materiallardan istifadə edin. Sıfır kliklə məzmunla mübarizə aparmayın – onunla işləyin.

Yeni formatları sınaqdan keçirin və göstəriciləri diqqətlə izləyin. Yalnız səhifə ziyarətlərini deyil, təsir və əhatə dairəsini də nəzərdən keçirin. Sadəcə sitat gətirmə üzrə trafikə deyil, brendin tanınmasına üstünlük verin. Hər bir təqdimatı kiçik bir konversiyaya çevirin. Təkcə hazırda deyil, nəzərdən keçirdikdən sonra uzun müddət diqqətdə qalan məzmun yaradın. Gələcək çevik və yaradıcı tərəfdaşlar üçündür.

Tərəfdaşlıq marketinqində uğurlu olmaq üçün Gen Z bələdçisi

Tərəfdaşlıq marketinqi artıq sadəcə blogerlər və SEO mütəxəssisləri üçün deyil, Gen Z üçün də onlayn gəlir əldə etməyin ən çevik və yaradıcı yollarından biridir. Aşağı giriş maneələri, azad yaradıcılıq və ölçülə bilən gəlir potensialı ilə tərəfdaşlıq marketinqi Gen Z-nin rəqəmsal həyat tərzinə tam uyğundur. TikTok videoları paylaşmağınız, Telegram qrupları qurmağınız və ya qrup söhbətlərində rahatlıqla linklər paylaşmağınızdan asılı olmayaraq, fürsətlər daim mövcuddur. Sadəcə onu düzgün istifadə etməyi öyrənib öz tərzinizə uyğunlaşdırmalısınız.

Gen Z-nin onlayn davranışları

Bilirik ki, Gen Z virtual dünyada yaşayır. Onlar sadəcə axtarış etmir, həmçinin yaradır, yenidən işləyir, paylaşır və başqalarına təsir göstərirlər. Bu nəsil smartfonlar, YouTube, Instagram və indi TikTok kimi bilinən proqramlarla böyüyüb. Onların rəqəmsal bacarıqları təbii instinktdir.

Bəzi nümunələr fərqlənir:

  1. 1. Gen Z ənənəvi reklamlara inanmır. Özlərinə yaxın gördükləri məzmun yaradıcılarına inanırlar.
  2. 2. Videoları, qısa formatlı və interaktiv məzmunu üstün tuturlar.
  3. 3. Daha çox şəxsi kanallarda aktiv olurlar: Telegram, Discord, mesaj qrupları.
  4. 4. Fokus müddətləri qısa olsa da, nə isə diqqətlərini cəlb etdikdə dərindən araşdırırlar.

Tərəfdaşlıq marketinqləri üçün bu nəyi ifadə edir? Uzun bloq yazılarına və ya banner reklamlarına güvənə bilməzsiniz. Gen Z-nin vaxt keçirdiyi yerlərdə olmalı və onların tərzində danışmalısınız.

Gen Z kontent yaradıcılarına tərəfdaşlıq marketinqi niyə çəkici gəlir?

Tərəfdaşlıq marketinqi Gen Z -nin tərzinə uyğun olduğu üçün onları cəlb edir.

  1. 1. Burada risk azdır. Hansısa məhsula, anbara və ya başlamaq üçün investisiyaya ehtiyac yoxdur.
  2. 2. Bu, performansa əsaslanır. Məzmununuz uğurlu olduqda gəlir qazanırsınız.
  3. 3. Yaradıcılığı mükafatlandırır. Ağıllı, gülməli və ya düşündürücü məzmun spam kimi satış hiylələrindən daha çox gəlir qazandırır.
  4. 4. O, çevikdir. Şəxsi brendiniz, memləriniz və ya niş məzmununuzla birlikdə tərəfdaşlıq linklərini heç bir problem olmadan işlədə bilərsiniz.

Və marka müqavilələrinə və ya alqoritm məhsullarına güvənmək istəməyən məzmun yaradıcıları üçün tərəfdaşlıq marketinqi öz şərtləri əsasında qazanc əldə etməyin birbaşa yoludur.

Gen Z-nin tərəfdaşlıq marketinqini seçmə səbəbləri
O nə təklif edir?
Məhsul yaratmağa ehtiyac yoxdur
Mövcud məhsulların tanıdılmağı gəlir qazandırır
Məzmun üzərində sərbəstlik
Brend qaydaları və ya skriptlər yoxdur
Miqyasın artırıla bilməsi
İzləyici kütləniz artdıqca daha çox qazanın
Platformalar üzərindən işləyin
TikTok, Telegram, YouTube, bloqlar və s.

Gen Z-nin işə baxışını nəzərə aldıqda, çevik, rəqəmsal və özünü idarə edən tərəfdaşlıq marketinqi olduqca məntiqlidir.

Gen Z üçün tərəfdaşlıq sahələri

Hər sahə Gen Z mədəniyyətinə uyğun deyil. Amma bəzi sahələr çox yaxın hiss olunur:

  • Moda və gözəllik. TikTok alış-verişləri, dəriyə qulluq rutinləri, geyim tərzinin göstərilməsi.
  • Video oyunlar. Yayımçılardan tutmuş Discord moderatorlarına qədər, oyun icması tərəfdaşlıq linkləri vasitəsilə pul qazanır.
  • Maliyyənin yüngül forması. Büdcə idarəsi məsləhətləri, pula qənaət üsulları, kripto izahları.
  • Texnologiya və cihazlar. Məhsul rəyləri, quraşdırmalar, Amazon tapıntıları, mikro-alətlər.
  • Sağlam həyat tərzi və zehni sağlamlıq. Jurnallar, qida əlavələri, meditasiya proqramları.
  • Igaming sahəsi. Xüsusilə düzgün yaş məhdudiyyəti ilə qurulmuş, mərc məsləhətləri, idman şərhləri və ya kazino rəylərinə fokuslanmış Telegram qruplarında.

Nə daha çox işə yarayır? Gen Z-nin onsuz da vaxt və pul sərf etdiyi, nəyin yaxşı, nəyin dəyərli, nəyin isə fırıldaq olduğunu bir-birləri ilə müzakirə etdikləri sahələr.

Tərəfdaş olaraq Gen Z ilə əlaqə yaratmağın yolları

Köhnə üsullar burada işə yaramayacağı üçün gəlin taktikalardan danışaq.

  1. 1. Qısa videolar ən yaxşısıdır
    TikTok, Instagram Reels, YouTube Shorts kimi kontentləri xatırlayın. Videoların vizual, dinamik və 45 saniyədən az olduğuna əmin olun. Mümkün olarsa partnyor məhsulunu gülməli, ağıllı və ya estetik bir məqama daxil edin.
  2. 2. Birmənalı danışın
    Gen Z dürüstlüyə önəm verir. “Bu link mənə dəstək olur”, yaxud “Bundan faydalandığım üçün sizinlə də bölüşürəm” deyə bilərsiniz. Əgər sizə güvənsələr, linkə klikləyəcələr.
  3. 3. Telegram və Discord istifadə edin
    Şəxsi və təziq olmayan kanallarda real söhbətlər daha çox olur. Gen Z-nin bir çox məzmun yaradıcıları moda endirimləri, oyun xülasələri və ya mərc məsləhətləri üçün xüsusi Telegram qrupları yaradaraq orada tərəfdaşlıq linkləri paylaşırlar.
  4. 4. Satmaq əvəzinə maarifləndirin
    “Bu tətbiqdən necə 200 dollar qazandım” demək, “Buraya kliklə!” deməkdən daha çox işə yarayır. Əgər məzmununuz öyrədir, ilhamlandırır və ya bir problemi həll edirsə, kliklər getdikcə artacaq.
  5. 5. Mikro nişlərdən yararlanın
    Gen Z kütləvi mesajlaşma istəmir. Onlar əlaqəli məzmun istəyirlər. Əgər qorxu oyunlarına, köhnə dəbli idman ayaqqabılarına və ya gündəlik yazmağa marağınız varsa, ona yönəlin. Bu cür məzmun etimad yaradır və nəticədə tərəfdaşlıq gəlirlərini artır.
  6. 6. Ağlınızda bir marka tutaraq məzmun yaradın
    Mütləq ki bir “brend” olmaq lazım deyil, amma davamlı pul qazanmaq istəyirsinizsə, bir mövzuya sahib olmalısınız. Əgər harada paylaşacağınızı və izləyiciləri necə yönəldəcəyinizi bilirsinizsə qarmaqarışıq kontent belə strateji ola bilər.
  7. 7. Müxtəlif platformaları yoxlayın
    TikTok sizi izləyiciyə çatdıra, amma Telegram isə konversiya qazandıra bilər. Bir neçə kanalı birləşdirin, hansı linklərin daha yaxşı nəticə göstərdiyini izləyin və fəaliyyətlərinizi ona uyğun yönəldin.

Telegram təkcə mesajlaşma platforması deyil, həm də gəlir mənbəyidir.

Bir çox insanın hələ də Telegramı sadəcə mesajlaşma tətbiqi kimi qəbul etməsi gülməlidir. Gen Z üçün o, tamamilə başqa səviyyədədir. Burada icmalar yaşayır. Burada inam qurulur. Tərəfdaşlıq marketinqləri üçün bu nəyi ifadə edir? Bura pulun sakit, davamlı qazanıldığı və viral olmağa ehtiyac olmayan yerdir.

Telegramı açırsınız və 3200 nəfərlik bir mərc tövsiyələri kanalı görürsünüz. Bura tam qüsursuz deyil. Bəzi paylaşımlarda memlər, bulanıq ekran görüntüləri və bəzən yazı səhvləri belə olur. Amma real olduğunu hiss etdirir. Eləcə də lokal hissi yaradır. Kanalı idarə edən şəxsin doğrudan da oyunları izlədiyinə inanırsınız. Linki paylaşarkən zorla təqdim etmək əvəzinə, sadəcə “Keçən həftə bonus qazandım, siz də yoxlayın” deyərək rahat bir şəkildə fikirlərini ifadə edirlər və insanlar linkə klikləyir.

Bax bu güclü addımdır. Telegram boşuna səs-küy salmır. Hər dəfə paylaşım etdikdə alqoritmlə mübarizə aparmaq məcburiyyətində deyilsiniz. Məsələ heşteqlər və ya izləyici aktivliyi deyil. Üstəlik bu, sizinlə auditoriyanız arasında, marketinq kimi hiss olunmayan, amma əslində marketinq olan rəqəmsal söhbətdir. Bəzi kanallar tam mərc yayımları, oyun zamanı səsli mesajlar, sorğular, kiçik müsabiqələr ilə olduqca aktivdir. Bəzi kanallar isə sakitdir və gündəlik linklər, hansısa bir sitat və ya səsli mesaj paylaşılır. Əgər auditoriyanıza bələdsinizsə hər ikisi işə yarayır.

Ən yaxşısı nədir? Heç kim sirr saxlamır. Təsdiqlənməyinizə ehtiyac yoxdur. Reklamlar almağınıza ehtiyac yoxdur. On nəfər sizin yazılarınızı oxuyursa və onlardan ikisi sizin tərəfdaşlıq linkinizə klikləyirsə, deməli artıq hərəkət var. Artıq bu bir potensialdır. Gen Z bunu instinktiv olaraq anlayır. Onlar izləyici sayını saxtakarlıqla artırmaqla məşğul deyillər. Onlar kiçik, amma real izləyici kütləsi yığır və bunu gəlirə çevirirlər. Bu addım olduqca sakit, ağıllıdır və hazır influenser strategiyalarının çoxundan daha yaxşı işləyir.

Telegram tərəfdaşlıq marketinqinin gələcəyi deyil. Gen Z üçün indi əsl vaxtıdır və yeni başlayır.

Gen Z-dən kontent yaradıcısı kimi tərəfdaşlıq marketinqi böyütmək: Növbəti addım nədir?

Gen Z tərəfdaş marketoloqları cəmi 30 dollar olsa belə ilk komissiyalarını əldə etdikdə düşüncə tərzləri dəyişir. Bu sadəcə əlavə gəlir mənbəyi deyil. Bu proqram genişlənən bir sistemə çevrilir. Bəs onu necə böyüdürlər?

  1. 1. Qazanclarını təkrar investisiya edərək
    Həftəlik 100 dollar görüntüləri təkmilləşdirmək, səs keyfiyyətini artırmaq və ya hədəflənmiş ödənişli promonu maliyyələşdirməyə kifayətdir. Tərəfdaşlıq marketinqini sadəcə birdəfəlik uğur kimi deyil, startap kimi qəbul edən Gen Z məzmun yaradıcıları 5 dəfə daha sürətli inkişaf edir.
  2. 2. Digər kiçik izləyici kütləsi olan məzmun yaradıcıları ilə əməkdaşlıq
    Məzmun yaradıcıları qarşılıqlı təşviq etdikdə tərəfdaşlıq linkləri daha geniş auditoriyaya çata bilər. İstər Telegram elanları, istərsə də Instagram əməkdaşlıqları, hətta TikTok “duet” videoları belə Gen Z əlaqələri üzərində inkişaf edir. Əgər iki məzmun yaradıcısı oxşar mövzuları paylaşırsa (məsələn, mərc məsləhətləri və futbol şərhləri), auditoriyaları təbii şəkildə qarışır və linklər yeni izləyicilər tərəfindən görünür.
  3. 3. Çoxdilli məzmun yaradın
    Gen Z qlobal olaraq bir-birləri ilə əlaqədədir. Əgər ikidilli, yaxud çoxdillisinizsə, sürətli şəkildə geniş auditoriyaya çata bilərsiniz. İndi bir çox yaradıcı məzmunun bir versiyasını ingilis dilində, digərini isə fransız, ispan və ya ərəb dilində paylaşır. Bəzi Telegram kanalı adminləri, hər biri üçün lokalizə edilmiş tərəfdaşlıq linkləri olan eyniməzmunlu, lakin fərqli dillərdə qruplar idarə edirlər.
  4. 4. Daimi aktual olan məzmun yaradın
    Tiktok trendləri populyarlığını tez itirir. Düzgün optimallaşdırıldıqda “2025-ci ildə mənə pul qazandıran ən yaxşı 3 mərc tətbiqi” və ya “Telegram vasitəsilə necə 500 dollar qazandım” kimi məzmunlar aylarla, hətta daha uzun müddət izləyici kütləsi cəlb edə bilər. Gen Z başa düşür ki, inkişaf həmişə viral olmaq məcburiyyətində deyil. Bəziləri daim aktual olmağa ehtiyac duyur.
  5. 5. Xüsusi sövdələşmələr əldə edin
    Tərəfdaşlıq platformaları çətin deyil. Əgər real istifadəçi göndərirsinizsə, menecerinizə mesaj yazmaqdan çəkinməyin və bunları istəyin:
  • daha yüksək gəlir payı.
  • xüsusi promo kodlar.
  • bonuslara öncədən əlçatanlıq
  • regiona uyğun hədəf səhifələri.

Gen Z ilə işləyən platformalar bunu anlayır və sürətlə cavab verir. Gen Z tərəfdaşlıqlarının çevik, yaradıcı və auditoriyası ilə dərin əlaqədə olduğunu bilirlər.

Bəs Gen Z tərəfdaşlıq gəlirlərini necə artırır?

İlk 20 dollar hesabınıza daxil olduqdan sonra hər şey dəyişir. Anidən “təsvirdə paylaşılan bir link” gəlir mənbəyinə çevrilir.

Uğurlu Gen Z tərəfdaşlarını digərlərindən fərqləndirən alətlər və ya ipucları deyil, ilk kiçik uğurları necə qiymətləndirmələridir. Onlar ikiqat artır. Onlar gərəksiz yerə çox düşünmürlər. Ardınca onlar daha çox post paylaşırlar. Daha sonra isə kəşf edirlər. Onlar mükəmməl olmağı düşünmək əvəzinə sadəcə mövcud olmağa başlayırlar. Telegram qruplarında görəcəksiniz ki, kimsə “Keçən həftə iki promodan 70 dollar qazandım” deyir və digərləri də o haqda maraqlanır. Hər şey beləcə başlayır.

Bəziləri tamamilə kontent montajına yönəlir və daha aydın qısa videolar hazırlayır, telefonla keyfiyyətli videolar çəkirlər. Digərləri isə real icmalar qurmağa başlayır, niş Telegram kanalları və ünsiyyətcil Discord qrupları yaradaraq “linkə klikləyin” demək əvəzinə “baxın, maraqlı bir şey tapdım” deyərək söhbətlər aparırlar.

Auditoriyalarının necə reaksiya verdiyini müşahidə edirlər. Onlar başqalarını kopyalamaq əvəzinə öz tərzlərini yaradırlar və səslərini duyururlar. Bəs ən vacibi nədir? Onlar davamlı olaraq görünürlər. Bir paylaşım uğursuz olsa belə. O həftə ərzində heç kim linkə klikləməsə belə. Çünki bilirlər ki, növbəti dəfə uğurlu ola bilər. Gen Z üçün tərəfdaşlıq marketinqi nə satış sistemi, nə formula, nə də bir kurs deyil. Bu bir ritmdir. Bu, sınaqdan keçirmək, paylaşmaq, zarafat etmək, link yerləşdirmək, yenidən cəhd etmək deməkdir. Buna görə də işə yarayır.

Gen Z-nin onlayn gəlir əldə etmək üçün niyə ənənəvi karyeraya ehtiyacı yoxdur?

Əksər Gen Z nümayəndələri üçün “normal iş” anlayışı artıq bir məqsəd kimi görünmür. Bu, tələyə oxşayır. Yaşıdlarınızın sadəcə telefon və Wi-Fi bağlantısı ilə məzmun yaradıb pul qazandığını izləyərək böyüdükdə saat 9-dan 5-dək iş rejimi, sabit proqram, idarəetmə rejimləri məntiqli görünmür.

Tərəfdaşlıq marketinqi bu düşüncə tərzinə tam uyğun gəlir. Asan qazanıldığı görünən pul olduğu üçün deyil, kimdənsə icazə istəmədən iş qurmağa imkan verdiyi üçün. Markaların səni görməsi üçün yalvarmağa ehtiyac yoxdur. Milyonlarla izləyiciyə ehtiyac yoxdur. Möhtəşəm CV-nizin olmasına və ya böyük şəhərə köçməyinizə ehtiyac yoxdur. Səsinizi ucaltmağınız, biraz davamlılıq və cəhd etməyə cəsarət lazımdır.

Fərq ondadır ki, Gen Z “həqiqi işlər” ilə “onlayn işlər” arasında ayrı-seçkilik etmir. Onlar üçün Telegram üzərindən tərəfdaşlıq linkləri vasitəsilə bir həftəsonu 300 dollar qazanmaq, bəzən pərakəndə şəbəkələrdə növbə işləməkdən də dəyərlidir. Və belə də olmalıdır. Problemləri həll etməyə davam edirsiniz. Etibar qazanmağa davam edirsiniz. Bunu mənfəətin həqiqətən sizə aid olduğu rəqəmsal bir məkanda edirsiniz. Bəzi insanlar diplom almaq, təcrübə kursu qazanmaq, yaxud maaşlarının artması üçün illərlə gözləyirlər. Amma Gen Z reklamları keçməklə böyüyüb. Onlar gözləmirlər. Onlar inkişaf edirlər.

Fildişi sahilində tərəfdaşlıq proqramları: 2025-ci il üçün fürsətlər və strategiyalar

Tənzimləmələr baxımından hələ də müəyyən dərəcədə həssas olsa da, iGaming tərəfdaşlıq proqramları fransızdilli Afrika ölkələrində getdikcə populyarlaşır və Fildişi sahili də bura daxildir.

Xüsusilə idman mərclərinə olduqca böyük maraq var. Ən çox izləyici kütləsi olan sahə futboldur, ardınca isə basketbol, MMA və virtual oyunlar maraq mərkəzindədir. Həm qlobal, həm də yerli oyunlara artan maraq fonunda, sürətli mobil giriş və fransızdilli dəstək təklif edən mərc platformaları daha yaxşı gəlir vəd edir. Mərc tərəfdaşlarının gəlirləri izləyici kütləsinin keyfiyyətindən asılı olaraq dəyişir, lakin hətta kiçik influenserlər və ya məzmun yaradıcıları belə sadə yönləndirmə sistemləri vasitəsilə gəlir əldə edə bilərlər. Bəzi yayımçılar artıq mərc məsləhətləri və oyun proqnozlarına fokuslanan Telegram qrupları vasitəsilə ayda dördrəqəmli gəlir əldə edirlər.

Lisenziyalaşdırma və vergitutma ilə bağlı hüquqi məlumatlanmanın artması ilə bir çox tərəfdaş Fildişi sahilini sadəcə bir trend kimi deyil, uzunmüddətli bir fürsət kimi dəyərləndirir.

Tənzimləyici mühit: tərəfdaşların bilməli olduqları

Fildişi Sahilində tərəfdaşlıq marketinqi açıq şəkildə tənzimlənmir, lakin diqqət yetirilməli olan bir neçə sahə mövcuddur. Reklam fəaliyyəti, rəqəmsal ünsiyyət üçün ümumi qaydaları müəyyən edən ARTCI (Telekommunikasiya Tənzimləmə Təşkilatı) tərəfindən nəzarətdə saxlanılır. Tərəfdaşlıq proqramları birbaşa məhdudlaşdırılmasa da, xüsusilə kazino və mərc platformaları üçün təşviq etdiyiniz məzmun istehlakçıların hüquqlarının qorunmasına dair qanunlara uyğun olmalı və yalan iddialardan çəkinməlidir.

FinTex və ya e-ticarət kampaniyalarında əsas tələb şəffaflıqdır. Tərəfdaşlar, xüsusilə maliyyə və ya investisiya ilə bağlı məhsullarla işləyərkən ödənişli əməkdaşlıqları və ya bonus şərtlərini açıq şəkildə göstərməlidirlər.

Hazırda tərəfdaşlar üçün hər hansı bir lisenziya tələbi mövcud deyil. Lakin vergilər getdikcə daha önəmli hala gəlir. İllik müəyyən bir gəlir həddini aşan tərəfdaşlar gəlir vergisinə cəlb oluna bilər, buna görə də sənədləşmə təqdim edən və ya yerli şəraitə uyğun ödəniş üsulları (mobil pul və ya kriptovalyuta kimi) təklif edən platformalarla işləmək üstünlük sayılır.

1xBet

1xBet, Afrikanın onlayn mərc sahəsində ən tanınmış adlardan biridir. Onların platforması tamamilə fransız dilinə uyğunlaşdırılıb, onlarla ödəniş üsulunu dəstəkləyir və Fildişi sahilində vacib olan günboyu mobil funksionallığı təmin edir.

1xPartners tərəfdaşlıq proqramı vasitəsilə marketoloqlar CPA, gəlir paylaşımı və ya hibrid razılaşmalar əsasında gəlir əldə edə bilərlər. 1xBet-i bu bazarda xüsusilə güclü edən onun dərin regional inteqrasiyasıdır: yerli liqa sponsorluqları, məşhur Fildişi sahili oyunları üçün dinamik əmsallar və çoxdilli müştəri dəstəyi.

Onlar həmçinin əvvəlcədən hazırlanmış bannerlər, lokalizə olunmuş hədəf səhifələri və müəyyən tərəfdaşlar üçün xüsusi bonuslar təklif edirlər. Qərbi Afrikada tanınmağa çalışırsınızsa, bu, həcmi idarə edə bilən və eyni zamanda yaxşı konversiya təmin edən azsaylı tərəfdaşlıq proqramlarından biridir.

AfroPari

Yüksəlməyə davam edən rəqib olan AfroPari fransızdilli mərc auditoriyaları arasında sürətlə favoritə çevrilməyə davam edir. 1Xbet qədər beynəlxalq səviyyədə tanınmasa da, daha yüksək gəlir paylaşımı faizləri və mikro-influenser trafiki üzərində daha yaxşı konversiya ilə bunu kompensasiya edir. AfroPari-nin tərəfdaşlıq proqramı sadələşdirilib: sürətli təsdiq prosesi, şəxsi menecer və real vaxt rejimində məlumatlara çıxış təmin edir. Sayt aşağı internet sürətinə malik mobil cihazlar üçün optimallaşdırılıb ki, bu da xüsusilə Fildişi sahilinin kənd yerləri üçün vacibdir.

Onlar həmçinin yaradıcı işlərdə daha çevikdirlər. Öz görüntülərinizlə Telegram kampaniyası və ya səsli mesajlarla WhatsApp promosu keçirmək istəyirsinizsə, AfroPari böyük brend rəqibləri ilə müqayisədə bu fikrə daha açıq ola bilər.

Bu platforma SEO və ya YouTube yerinə, icma əsaslı trafikə fokuslanan tərəfdaşlar üçün xüsusilə maraqlıdır. Futbol azarkeşləri, məsləhətçi qrupları və ya kiçik mərc icmaları ilə işləyirsinizsə, AfroPari-ni sınayın.

BetFrique

Nisbətən yeni olsa da, BetFrique özünü Qərbi Afrika üçün yerli üstünlüklü idman mərcləri platforması kimi mövqeləyir. Bəs əsas üstünlüyü nədir? Tamamilə Fildişi sahili ödəniş dəstəyi və mobil pul ödəmələri. BetFrique tərəfdaşlıq proqramı sadəlik üzərində qurulub. Sabit CPA dərəcələri, aydın hesabat və sürətli KYC prosesi. Ən geniş oyun seçimi və ya ən dəbli istifadəçi interfeysi olmasa da, çatışmazlıqlarını yerli istifadəçilərə göstərdiyi xidmət ilə kompensasiya edir.

Fildişi sahilində tərəfdaşlıq təcrübənizə yeni başlayırsınızsa, BetFrique axtardığınız ilk tərəfdaş ola bilər: asanlıqla təşviq edilir, aşağı istifadəçi itkisi və yerli vaxt zonalarında cavab verən bir komandası var.

E-ticarət tərəfdaşlıq proqramlarıı

Mərcdən başqa, e-ticarət Abidcan və digər şəhər mərkəzlərində böyüməyə davam edir. Jumia Côte d’Ivoire, Qlovo və Afrimarket kimi yerli bazarlar satışa və ya tətbiq yükləmələrinə çevrilən trafik üçün ödəmə təklif edən daxili tərəfdaşlıq proqramlarını idarə edir.

Bu proqramlar, qadın alış-verişçiləri, gənc peşəkarları və ya tələbələri hədəfləyən tərəfdaşlar üçün idealdır. Promo kodları, məhsul rəyləri və qutu açılışı məzmunu Instagram və qısa video platformalarında xüsusilə yaxşı nəticə verir.

E-ticarətdə komissiyalar adətən mərc sektorundakından daha aşağı (adətən 3–10%), lakin daha az risklidir. Daimi trafik və mövsümi kampaniyalarla, hətta kiçik səhifələr belə aylıq bir neçə yüz dollar, bayram dövrlərində isə daha çox gəlir əldə edə bilər.

FinTex proqramları

Mobil bankçılıq yayıldıqca və kriptovalyutanın populyarlığı artdıqca, fintex tərəfdaşlıq proqramları sürətlə meydana çıxır. Yellow Card (kripto), Wave (mobil ödənişlər) və PaySika (virtual bankçılıq) kimi platformalar indi hər yükləmə və ya KYC üçün ödəniş edən tərəfdaşlıq müqavilələri təklif edir.

Bu sahə, maliyyə savadı, kripto təhsili və ya smartfon məsləhətlərinə yönəlmiş məzmun yaradıcıları üçün idealdır. Bu, həmçinin yüksək riskli sahələrin xaricində gəlirinizi çeşidləndirmək üçün təsirli bir üsuldur.

Əksər fintex proqramları video izahlar, istinad linki kampaniyaları və WhatsApp elanları ilə yaxşı işləyir. Mərclə müqayisədə, reklam platformaları tərəfindən işarələnmə və ya məhdudlaşdırılma ehtimalı daha azdır ki, bu da tanınmaq üçün daha çox şans verir.

PayPlus tərəfdaşlıqları

Fildişi Sahili tərəfdaşlıq səhnəsində qeyd etməyə layiq olan digər bir proqram isə PayPlus tərəfdaşlığıdır . Birbaşa mərc və ya e-ticarət sahəsinə daxil olmasa da, fintex ilə həyat tərzi arasında körpü yaradaraq kommunal ödənişlər, mobil pul yükləmələri və bilet platformaları kimi xidmətlər təqdim edir.

Tərəfdaşlar, tətbiq yükləmələri, ilkin ödənişlər və ya balans yükləmələri kimi istifadəçi addımları əsasında gəlir əldə edir. PayPlus-ı maraqlı edən yerli telekom operatorları və bank API-ləri ilə dərin inteqrasiyasıdır. Bunun sayəsində istifadəçilər əməliyyatları saniyələr ərzində tamamlaya bilir və bu da istifadəçi bağlılığını artıraraq referalların daha cəlbedici olmasını təmin edir.

Fransız dilində əvvəlcədən təsdiqlənmiş reklam materialları təqdim edir, xüsusi Ramazan və məktəbə dönüş kampaniyaları keçirir və ödənişləri Orange Money və ya MTN Mobile vasitəsilə edirlər. Əgər Fildişi sahilində şəxsi maliyyə və ya “Faydalı məsləhətlər” brendi qurmağa çalışırsınızsa, bu proqramı yoxlamalısınız.

Həmçinin, tərəfdaşlıq proqramına yeni başlayan və mərclə müqayisədə daha “təhlükəsiz” başlamaq istəyən məzmun yaradıcıları üçün aşağı maneəli bir seçimdir.

E-ticarət haqqında daha ətraflı: Fildişi sahilində nə daha çox satılır

Daha əvvəl Cumia və Qlovodan danışsaq da, əslində hansı növ məhsulların daha çox satıldığına diqqət yetirmək faydalıdır.

Ən çox satış edən kateqoriyalara daxildir:

  1. 1. Telefon aksesuarları və ucuz smartfonlar.
  2. 2. Saç və baxım məhsulları.
  3. 3. Geyim (xüsusilə gənclər üçün küçə geyimləri).
  4. 4. İstifadə olunmuş elektron cihazlar və mövsümi məişət avadanlıqları.
  5. 5. Yemək çatdırılması promoları.

Sadə qutu açılışı videoları və ya Fransız dilində “necə almaq olar” bələdçiləri hazırlayan tərəfdaşlar, hətta sadəcə telefonla çəkənlər belə ənənəvi blogerlərdən daha yaxşı nəticə göstərirlər. Burada TikTok və Instagram Reels üstünlük təşkil edir, məhsul müqayisələri və ya “Həftənin ən yaxşı 3 təklifi” tipli videolar xüsusilə yaxşı nəticə göstərir. Böyük büdcəyə ehtiyac yoxdur. Yalnız ardıcıllıq, yerli məzmun və aydın çağırışlar lazımdır. Beləcə, 5 mindən az izləyicisi olan kontent yaradıcıları da artıq tərəfdaşlıq proqramları ilə gəlir əldə edirlər.

2025-ci ildə Fildişi Sahili tərəfdaşlıq proqramlarına daxil olmaq ağıllı addımdır, xüsusilə əgər yerli məzmun hazırlamağa, yeni sahələri sınamağa və kiçik, amma sürətlə inkişaf edən brendlərlə əlaqələr qurmağa hazırsınızsa.

Fərqi yoxdur, istər mərc , istər e-ticarət , istərsə də fintex sahəsinə marağınız olsun, ölkə rəqəmsal biznesə açıqdır. Və bazar Avropa və ya Asiyadakı qədər inkişaf etmədiyi üçün kəşf edilməmiş böyük imkanlarla doludur.

Əgər Banqladeşdə tərəfdaşlıq proqramı ilə işləmisinizsə və ya məsələn Kamerunda kampaniyaları sınamısınızsa, Fildişi sahilində həmin bazarlarda olmayan geniş inkişaf imkanlarının olduğunu görəcəksiniz.

Fildişi sahili sadəcə başqa bir test bazarı deyil. Bu bir sıçrayış platformasıdır.

Hətta bu sahəyə yeni başlayırsınızsa belə doğru t ərəfdaşlıq proqramı , uyğun platforma (Telegram, YouTube, TikTok) və doğru yanaşma (yerli, faydalı, ilk növbədə mobil qurğulara yönəlmə) ilə burada real irəliləyiş əldə edə bilərsiniz.

Doymuş bazarlardan fərqli olaraq, 5000 dollar SEO büdcəsinə və ya böyük bir bloqa ehtiyacınız yoxdur. Tək ehtiyacınız olan:

  • Aydın təkliflər.
  • Etibarlı danışıq.
  • Auditoriyanızın güvəndiyi kanallar.
  • Və bəli, səbr lazımdır, çünki inkişaf etmək vaxt aparır.

Daha çox səs-küy yaratmaq deyil, daha ağıllı inkişaf etmək istəyirsinizsə, Fildişi sahili 2025-ci il üçün ən yaxşı seçimlərdəndir. Sadə bir şeylə başlayın. Konkret sahə. Bir kampaniya. Məqsədlərinizə uyğun bir tərəfdaşlıq proqramı . Tələb buradadır. Lazimi alətlər əlçatandır. İstifadəçilər hazırdır. Sizin başlamaq vaxtınızdır.

Niyə Fildişi sahilində tərəfdaşlıq proqramlarına qoşulmaq üçün indi ən doğru zamandır?

Bir çox tərəfdaşlar uzun müddət gözləyir. Platform və təklif üzərində çox düşünürlər və onlar nəhayət başlayanda, digərləri artıq o sahəni ələ keçirmiş olur. Amma Fildişi sahilində hələ də fürsət var.

Tanınmış bloqlarla və ya ən məşhur YouTuber-lərlə rəqabət aparmağa ehtiyac yoxdur. Əslində, bu sahədə ən yaxşı nəticə verən kampaniyaların çoxu kiçik Telegram qruplarından, səs mesajları promosundan və ya qısa mobil videolardan gəlir. Buradakı tərəfdaşlıq marketinqi göstəriş üçün deyil. Əsas olan erkən başlamaq, davamlı olmaq və izləyiciyə yaxın qalmaqdır.

Belə bir bazarda hələ də tərəfdaşlıq proqramı işləyərmi deyə düşünürsənsə, cavab sadədir – bəli, artıq işləyir. Yaradıcılar mərc məsləhətlərindən tutmuş fintex dərslərinə qədər gündəlik gəlir gətirən sadiq mikro-icmalar qururlar.

Bu bazarda yenidən təkər ixtira etməyiniz tələb olunmur. Bu elə bir bazardır ki, sadəcə görünərək, real dəyər təqdim edərək və doğru tərəfdaşlıq proqramlarını seçərək fərqlənə bilərsiniz. Kənardan seyr etməyin. Sahə seçin. Səsinizi qaldırın. Və o ilk addımı atın.